Siyasət

İstiqlalçı deputatlardan Müstəqillik Gününə münasibət

18 Oktyabr, 2018
1368
Azərbaycan tarixinin mühüm günlərindən biri Dövlət Müstəqillik Günüdür.

1991-ci ilin oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olunub. 

Bu gün Azərbaycan müstəqilliyinin bərpasının 27-ci ildönümünü yaşayır.

Bəs hazırda Azərbaycan xalqı müstəqiliyin dadını yaşaya bilirmi?

İstiqlalçı deputat Sülhəddin Əkbər Toplum.Tv-yə bildirib ki, Azərbaycan müstəqil dövlət olsa da, hazırda iki milli ən böyük problemi var: "İstənilən dövlət üçün müstəqillik ən böyük nemətdir. Özünün öz taleyini, inkişaf yolunu, millətini, hakimiyyətini seçməsindən qiymətli başqa şey ola bilməz. Azərbaycanın böyük problemlərindən biri torpaqlarının hələ də işğal atında olmasıdır. İkinci ən böyük problemimiz isə xalq olaraq öz hakimiyyətimizi özümüz təyin edə bilmirik. Hələlik Azərbaycan müstəqil dövlət olsa da, bütövlükdə ərazisinin suverenliyini bərpa edə bilməyib. Eyni zamanda demokratik üsulla idarə sisteminə qovuşa bilməyib. Buna görə də müstəqilliyin dadını tam şəkildə millət olaraq çıxara bilmək qeyri-mümkündür".

"Normal idarəetmə sistemi yoxdur"

Müsavat Partiyasının başqanı, istiqlalçı deputat Arif Hacılı təəssüflə qeyd edib ki, Azərbaycan dövləti Cümhuriyyətin varisi ola bilməyib: "Azərbaycan xalqı daim istiqlal uğrunda mübarizə aparıb. Hər bir xalq, eləcə də Azərbaycan xalqı üçün müstəqil dövlətin olması çox vacib şərtlərdən biridir. Təəssüf ki, Azərbaycan dövləti 1991-ci ildən özünü rəsmi şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etsə də, indiki yanlış, xalqa zidd siyasətinin nəticəsində nə ərazi baxımından, nə də dövlət quruluşu baxımından Cümhuriyyətin varisi ola bildi. Əvvəllər ərazilərimiz 114 min kvadrat kilometr uzunluğunda olsa da, hazırda BMT tərəfindən qəbul olunmuş 86.6 min kvadrat kilometr ərazimizin də 20 faizə qədəri işğal altındadır. Təəssüf ki, demokratik dəyərlərə hörmətsizlik şəraitində yaşamaq məcburiyyətindəyik. Ölkədə fundamental insan haqları pozulur, normal idarəetmə sistemi yoxdur. Lakin xalq olaraq ölkədə həqiqi və hüquqi dövlətin, demokratik cəmiyyətin qurulması uğrunda mübarizəmizi davam etdirməliyik".

"Müstəqilliyin ölçüsü olmaz"

İstiqlalçı digər bir deputat - Fərəc Quliyev isə Toplum.Tv-yə bildirib ki, Azərbaycan torpaqlarının 20 faizə qədəri işğal altında olduğu üçün suverenliyin yalnız 80 faizindən istifadə olunur: "Müstəqilliyin ölçüsü olmaz. Hər halda Azərbaycanın qalan ərazisi müstəqillik dönəmində əvvəlki imperiya dönəmindən dəfələrlə yaxşı vəziyyətdədir. Azərbaycan müstəqil dövlət olmasaydı, nə ordusu, nə valyutası, nə də enerji qaynaqlarından istifadə edilərdi. Dünənə qədər yalnız investisiya qoyulmasını istəyən bir ölkə indi xarici ölkələrə investisiya qoyur, humanitar yardımlar alan bir ölkə indi başqa ölkələrə yardım edə bilir".

Samirə Əliyeva
Toplum.Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo