Siyasət

Zümrüd Yağmur: "Qızım bir gün öncə orta məktəbə gedərkən izlənilib"

18 Aprel, 2019
2025
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı və hüquq müdafiəçisi, yazıçı Zümrüd Yağmurun azyaşlı qızına fiziki təzyiq edilməsi ilə bağlı aprelin 17-də polisə müraciət edilib. Bu barədə Zümrüd Yağmur Amerikanın Səsinə müsahibəsində bildirib.

O, Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzinə” müraciət edib.

"Dünən uşağımı xəstəxanaya apardım. Sonra Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsindən zəng etdilər. Orada izahat verdik. Vəkilimiz də bu gün müvafiq orqanlara müraciət edəcək”, o qeyd edib.

Ana qızının fiziki təzyiqə məruz qalmamışdan bir gün öncə orta məktəbə gedərkən izlənildiyini də deyib.

"Qızım deyir ki, "Azadlıq Prospekti” metro stansiyasının qarşısında onu izləyiblər. Sadəcə Sənay tez məktəbə girib. O, altı saatlıq dərsdən çıxandan sonra uşaq eyni adam tərəfindən yenidən izlənilib. Bir avtomobil sürətlə ona yaxınlaşıb və qarşısında dayanıb. Həmin adam avtomobildən düşüb qızımı təqib edəndə qaçıb və bu zaman sinif yoldaşının atasını görüb. Qızım ona izlənildiyini və avtobusa minməsinə kömək etməyi xahiş edib. O, qızımı avtobusa mindirib,” Yağmur qeyd edib.

Ana qızının ötən il yayda da izlənildiyini və polisə şikayətinin bir nəticə vermədiyini bildirib. Bununla yanaşı, Zümrüd Yağmur ailə üzvlərinin dəfələrlə təhdid edildiyini, lakin bunu ictimailəşdirmədiyini deyib.

O, azyaşlı qızının aprelin 17-də fiziki təzyiqə məruz qalması barədə bunları deyib.

"Dünən qızım ingilis dili kursundan çıxan zaman saat 17.30-da metronun Elmlər Akademiyası stansiyası yaxınlığında onu gözləyib. Uşağıma hücum edib. Bu zaman qızımın yanında iki rəfiqəsi olub. Videonu qızım özü çəkib. Video çəkilişi başlayanadək də o, qızımı təhqir edib, təzyiqə məruz qoyub, ailəmizi hədələyib,” Yağmur qeyd edib.

O, qızının fiziki təzyiqə məruz qoyulmasını keçmiş siyasi məhbus Qiyas İbrahimova Bakı şəhər Baş Polis İdraəsində edilən xəbərdarlığın davamı kimi qiymətləndirir.

"Hökumətin trolları artıq sosial şəbəkələrdə küçələr çıxıb,” o qeyd edib.

Aprelin 17-də müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin müavini Fuad Qəhrəmanlı və yazıçı Zümrüd Yağmurun 14 yaşlı qızı Sənay Bakıda, Elmlər Akademiyası metro stansiyasının qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Həmin şəxs azyaşlı qızın qarşısını kəsib, ona qarşı fiziki zorakılıq edib, özünü və ailəsin təhqir edib.

Bu hadisə Sənay Qəhrəmanlının 162 nömrəli tam orta məktəbin intihara cəhd nəticəsində dünyasını dəyişmiş şagirdinin hüquqlarını müdafiə məqsədi ilə aksiya təşkil etməsindən bir neçə gün sonraya təsadüf edir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo