11:19, 18 Mart 2019 (Bazar ertəsi) 236

Yeni Zelandiyada silah dövriyyəsi qanunu sərtləşir

Yeni Zelandiyada silah dövriyyəsi qanunu sərtləşir


/ DÜNYA
Yeni Zelandiyanın Nazirlər Kabineti ölkədə silah dövriyyəsinin nizamlanmasını nəzərdə tutan qanunvericiliyə yenidən baxılması barədə qərar qəbul edib.

Bunu Yeni Zelandiyanın Baş naziri Casinda Ardern bəyan edib.

O bildirib ki, qərar qanunun sərtləşdirilməsi ilə bağlıdır: "Müvafiq qərar Nazirlər Kabineti tərəfindən qəbul olunub, 10 gündən sonra dərc ediləcək".

C.Ardern vurğulayıb ki, Yeni Zelandiyanın Kraystçerç şəhərindəki terror aktından sonra bu addımın atılması zərurətə çevrildi.
 

Martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.

Trend