12:56, 19 Noyabr 2018 (Bazar ertəsi) 227

Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?

Yeni il bayramı ilə əlaqədar neçə gün iş olmayacaq?
Azərbaycanda Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə əlaqədar ardıcıl 5 qeyri-iş günü olacaq.

"Report” xəbər verir ki, dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, 2019-cu ilin yanvarın 1 və 2-si isə Yeni il bayramı münasibətilə qeyri-iş günüdür. 

Beləliklə, dekabrın 29-u şənbə, 30-u isə bazar gününə təsadüf etdiyindən ölkədə 5 gün – dekabrın 29, 30 və 31-də, yanvarın 1 və 2-də iş olmayacaq.

Yanvarın 3-ü, həftənin cümə axşamı isə növbəti iş günüdür.