19:41, 18 Aprel 2019 (Cümə axşamı) 254

Yeni Azərbaycan Partiyası (YAP) Tural Qarayevlə bağlı məlumat yayıb

Yeni Azərbaycan Partiyası (YAP) Tural Qarayevlə bağlı məlumat yayıb
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızına hücum edən Tural Qarayevin Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olması barədə sosial şəbəkələrdə yayılan məlumat həqiqətə uyğun deyil.

Qeyd olunur ki, T.Qarayevin YAP-a heç bir aidiyyətı yoxdur. Bu cür yalan məlumat məqsədli şəkildə yayılır və bu yolla partiyanın nüfuzuna xələl gətirməyə çalışırlar.

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı Sanay Yağmura hücum edən Tural Qarayev inzibati qaydada cəzalandırılıb. 

Aprelin 18-də Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə keçirilən prosesdə ona 15 sutka inzibati həbs cəzası verilib.

Trend.az