16:40, 19 Mart 2019 (Çərşənbə axşamı) 517

“Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb

“Xətai” stansiyasının istifadəyə veriləcəyi tarix açıqlanıb
"Bakı Metropoliteni” QSC-nin təmirə dayandırılmış "Xətai" stansiyasının avqustun 10-da yenidən istifadəyə verilməsi planlaşdırılır”.

Bunu "Report”a açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

"Hazırda stansiyada müəyyən edilmiş plana uyğun olaraq, təmir işləri aparılır. İşlər çox sürətlə gedir və belə davam edərsə, stansiya daha tez sərnişinlərin ixtiyarına veriləcək”, - deyə o qeyd edib.

B.Məmmədov "Xətai” stansiyasının xarici görünüşündə dəyişiklik edilməsi ilə bağlı işlərin görüldüyünü də qeyd edib: "Stansiyada Şah İsmayıl Xətai ilə bağlı mövcud mozaikanın yenilənməsinə ehtiyac var idi. Bu işlə peşəkar səviyyədə məşğul olan şəxslər dəvət edildi və bərpa işləri uğurla yekunlaşdı".