ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti (USCIS) iş həcminin əhəmiyyətli dərəcədə azalması səbəbindən martın 29-da Moskvadakı ofisini bağlayacaq. Ofis artıq fevralın 28-də işini dayandıracaq.
RİA "Novosti" xəbər verir ki, bu barədə idarənin çərşənbə günü yaydığı məlumatda deyilir.
"İş yükünün əhəmiyyətli dərəcədə azalması səbəbindən, USCIS 29 Mart 2019-cu ildə Moskvadakı yerli ofisini bağlayır. Ofisin vətəndaşlar üçün açıq olacağı və müraciətləri qəbul edəcəyi son gün - 28 fevral 2019-cu il tarixidir", - deyə məlumatda bildirilir.
Ofisin işini gələcəkdə Xidmətin Yunanıstanın paytaxtı Afinadakı yerli şöbəsi icra edəcək. O həmçinin Azərbaycan, Belarus, Estoniya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna, Ermənistan və Özbəkistana cavabdeh olacaq.
ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidməti immiqrasiya müraciətləri və sığınacaqla bağlı məsələlərin həlli üçün məsuliyyət daşıyır.
USCIS-in ötən il sentyabrın 11-dən qüvvəyə minmiş yeni qaydaları ABŞ-a leqal immiqrasiyanı xeyli çətinləşdirib. Yeni qaydalar 2018-ci il sentyabrın 11-dən sonra sifariş və ya ərizə ilə müraciət etmiş applikantlara şamil olunub.
Qaydalarda edilmiş dəyişikliklərə əsasən, əgər viza və ya qrin-kart almaq üçün ərizədə səhv aşkar edildikdə və ya formalarda bəzi məlumatlar çatışmadıqda, bu halda immiqrasiya və nəzarət xidməti zabitləri həmin sifarişi rədd edə bilirlər. Agentliyin işçiləri sifarişdə yaranmış problem barədə iddiaçını məlumatlandırmağa borclu deyillər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər