Siyasət

Ukrayna Rusiya ilə "dostluq müqaviləsindən" çıxır

6 Dekabr, 2018
1030
Ukrayna parlamenti Verxovna Rada Rusiya ilə Dostluq Müqaviləsinə xitam verilməsinə dair prezident Petro Poroshenko-nun təşəbbüsünü qəbul edib.

"Azadlıq Radiosu"-nun xəbərinə görə, dekabrın 6-da 277 millət vəkili vaxtı bitdikdən sonra bu müqavilənin uzadılmamasına səs verib. Qanunun qəbulu üçün 226 səs tələb olunurdu. Beləliklə, Rusiya-Ukrayna Dostluq Müqaviləsinin vaxtı 2019-cu il, martın 31-də bitir və həmin müddətdən sonra uzadılmayacaq.

1997-ci ildə imzalanmış bu müqaviləyə görə Rusiya və Ukrayna öz üzərlərinə bir-birinin "ərazi bütövlüyünə hörmət etmək öhdəliyi götürür və iki ölkə arasındakı sərhədlərin dəyişməz olduğunu təsdiq edirlər”.

Müqavilənin şərtlərində bu da deyilir ki, Ukrayna və Rusiya öz aralarında "suverenliyə qarşılıqlı hörmət, sərhədlərin dəyişməzliyi, ixtilafların dinc yolla güc işlətmədən və güc işlətməklə hədələmədən həlli prinsipləri” əsasında ikitərəfli münasibətlər qurmağı vəd edirlər.

Ukrayna hökuməti 2014-cü ilin aprelindən bəri Rusiya tərəfindən dəstəklənən separatçılara qarşı vuruşur. Bundan az əvvəl, mart ayında Moskva Ukrayna ərazisi olan Krımı qanunsuz ilhaq etmişdi.

Moskva Ukraynanın daxili işlərinə qarışmasını inkar etsə də, Beynəlxalq Cinayət Məhkəməsi 2016-cı ildə çıxardığı hökmlə Ukraynanın şərqində davam edən münaqişənin "Ukrayna və Rusiya Federasiyası arasında silahlı münaqişə olduğunu” qərara alıb.

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo