İqtisadiyyat

Türkiyə sanksiyalara əməl etməyəcəyini deyir

7 Noyabr, 2018
1460
Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyir ki, Vaşinqtonun İrana sanksiyalardan güzəşt etdiyi 6 ay bitəndən sonra da həmin məhdudiyyətlərə əməl etməyəcək. Birləşmiş Ştatların yenilənmiş sanksiyaları İranın neft və gəmiçilik sənayelərini hədəfləyir.

"Bu addımların məqsədi dünyadakı tarazlığı pozmaqdır. Biz imperialist dünyada yaşamaq istəmirik”, – Ərdoğan noyabrın 6-da Ankarada jurnalistlərə deyib.

"Biz bu sanksiyalara qətiyyən əməl etməyəcəyik. Biz 10 milyard kubmetr təbii qaz alırıq. Adamlarımızı soyuqdan dondura bilmərik”, – Ərdoğan sözlərinə əlavə edib.

Vaşinqton mayda İranla 2015-ci il nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu bildirib.

Ərdoğan deyib ki, bu həftəsonu Parisdə ABŞ Prezidenti Trampla görüşündə bu məsələni müzakirə edəcək. Onlar 1-ci Dünya müharibəsinin bitməsinin 100 illiyi münasibətilə sammit çərçivəsində görüşəcəklər.

İranın əsas neft alıcılarından bir neçəsinə sanksiyalardan güzəşt edilib. Türkiyə də müvəqqəti istisna əldə etmiş ölkələr sırasındadır, yəni daha altı ay ərzində İrandan neft ala biləcək.

NATO üzvü olan Türkiyə enerji ehtiyaclarını ödəməkdən ötrü idxaldan asılıdır və qonşusu İran uzun illərdir onun əsas neft və qaz təchizatçılarındandır.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo