Sosial

Turizmin gətirdiyi neqativlər...

6 Avqust, 2018
2238
Son illər Bakıda turistlərə tez-tez rast gəlirik. Əvvəlki illərlə müqayisədə Bakıya daha çox İrandan, Pakistandan qonaqlar gəlirdisə, son illər Azərbaycan turizm obyekti kimi daha çox ərəb ölkələrindən gələnlərin marağını cəlb edib. 

Bakının və regionların hər yerində artıq ərəb ölkələrindən gələnlərə rast gəlmək mümkündür.

2018-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 627.835 nəfər xarici vətəndaş səfər edib. Bu, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70.207 nəfər və ya 12.6 faiz artım deməkdir.

2017-ci il ərzində ölkəyə 2.477.908 nəfər xarici vətəndaş (790.258 nəfər Rusiya Federasiyası, 488.269 nəfər Gürcüstan, 340.702 nəfər İran, 275.147 nəfər Türkiyə, 87.215 nəfər BƏƏ, 58.259 nəfər İraq, 53.583 nəfər Ukrayna, 32.644 nəfər Səudiyyə Ərəbistanı, 351.831nəfəri isə digər ölkələrin vətəndaşları) səfər ediblər. 

Ərəb ölkələrindən gələn turistlərin artması iqtisadiyyata, və bundan yararlanan vətəndaşların sosial rifahına nə qədər xeyir gətirirsə,  eyni zamanda gələn turistlərin özləri ilə öz xalqlarının mədəniyyətini, məişət etikasını, əxlaq və ədəb qaydalrını da gətirməsi bəzi problemlər yaradır. Misal üçün, ərəb turistlərinin Bakıya ayaq açmasından sonra şəhər mərkəzində qeyri-leqal fahişəliyin artması, açıq-aydın pul sövdələşmələri, turistlərin qaldıqları və olduqları yerdə adi sanitar və gigiyenik qaydalara əməl etməməsi turizmin Azərbaycana gətirdiyi neqativ amillər kimi adlanlandrmaq olar. 

Bəs Azərbaycanda turizm sahəsinin səviyyəsi necədir? Turizmin özü ilə bərabər gətirdiyi neqativ amilləri necə aradan qaldırmaq olar? 

Turizm sahəsi üzrə ekspert Elşən Bağırzadə Toplum.Tv-ə bildirir ki,  turizmin ölkəyə gətirdiyi neqativ amilləri neytrallaşdırmaq mümkündür. 

"Ölkələrə xarici turistlərin kütləvi axınının bəzi neqativ halları vardır. Bu, əsasən sosial-mədəni, sosial əxlaq və təhlükəsizlik istiqamətlərində olur.  Təcrübə göstərir ki, mənəvi baxımdan güclü və hüquq sistemi yetkin toplumlar belə neqativ təsirləri asanlıqla neytrallaşdıra bilirlər".

Ekspert Elşən Bağırzadə qeyd edir ki, turizm sektorunun peşəkar kadr təminatı aşağı səviyyədədir: "Turizm xidmətlərinin keyfiyyəti və effektivliyi mühüm dərəcədə peşəkar kadr təminatı amilindən asılıdır. Bu sahədə Turizm ixtisası üzrə kadr yetişdirən ali təhsil müəssisələrinin və əsasən də peşə məktəblərinin üzərinə böyük məsuliyyət düşür. Eyni zamanda toplumumuz da xarici turizmin inkişafına hazır olmalıdır. Bu sahədə ciddi problemimizin olduğunu görürəm. Xarici turistlərə yanaşma elə olmalıdır ki, onlar hər il Azərbaycana gəlmək istəsinlər və ya Azərbaycanı öz dost-tanışlarına tövsiyə etsinlər. Bu işdə qısamüddətli mənfəəti düşünmək çox zərərlidir”.

Bakı Turizm agentliyinin nümayəndəsi Kənan Quluzadə Toplum Tv-ə bildirir ki, bütün bu çatışmazlıqlar aradan qaldırıla biləcək məsələlərdir və hazırda  bu istiqamətdə işlər gedir: "Turizm Azərbaycanda yeni inkişaf sahə və yeni formalaşan sənayedir. İqtisadiyyatın inkişafında strateji yol xəritəsi var ki, onun prioritet istiqamətlərindən biri turizm sahəsi seçilib. Gözlənilən proqnoza görə  yaxın 10-15 il ərzində neft-qaz sənayesindən gələn gəlirlərlə turizmdən gələn gəlirlər eyniləşəcək. Turizm yüksək nəticələr nümayiş etdirən sahə olduğu üçün bu sahəyə dövlət tərəfindən çox böyük diqqət və qayğı göstərilir. Buna görə də neqativ halları aradan qaldırmaq üçün bazarı öyrənir, marketinq araşdırmaları aparırıq".

Turistləri qruplaşdırmaq olmaz


 Kənan Quluzadə bildirir ki, hər hansısa bir turist tərəfindən baş vermiş neqativ hala görə bütün turistləri eyniləşdirmək turizm ölkəsi üçün yol verilməz hərəkətdir: "Turisti ölkəyə cəlb etmək, onların sayının artırılması çətin deyil. Əsas məsələ onları məmnun şəkildə yola salmaqdır. Bunun üçün də keyfiyyətli xidmət göstərməklə yanaşı bizə xas olan xüsusiyyətləri- gülərüzlüyü, qonaqpərvərliyimizi də göstərmək lazımdır. Aldatmaq hallarının qarşısını almaq lazımdır. Məsələn, turistə yol göstərəndə belə pul istəyirlər, yanlış məlumatlar verirlər və nəticədə turist kiçik bir neqativ haldan belə ölkədən narazı qalır. Ən kiçik mənfi detallar yığılaraq sonda ölkənin turizm sahəsinə böyük zərərlər gətirə bilər".

Samirə Əliyeva
toplum.TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo