Siyasət

Taleh Bağırzadənin tərəfdarı Azərbaycana təhvil verilib

25 Mart, 2019
1215
"Müsəlman Birliyi” Hərəkatının üzvü Anar Cabbarov Türkiyədə tutularaq, Azərbaycan hökumətinə təhvil verilib. Hazırda onun Bakıda – Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ("Bandotdel” kimi tanınır) saxlandığı bildirilir. Bu barədə Meydan TV-yə hərəkatdan məlumat verilib.

"Anar Cabbarovu Türkiyədə əvvəlcə sənəndlərində problem olması adıyla polisə aparıb, üç gün orada qanunsuz saxlayıblar. Daha sonra onu oradan Binkılıç Göç İdarəsinə aparıblar, dörd gün də orada saxlayıblar. Deyiblər ki, haqqında dəqiqləşmə aparılır, tezliklə buraxılacaqsan. Bu müddətdə Anar Cabbarova vəkil də tutulub, amma müdafiəçi dövlət idarələrindən dəqiq məlumat ala bilməyib. Martın 21-də Anar Cabbarovu Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparıblar. Orada səfirlik əməkdaşları ilə Türkiyə məmurları arasında qısa danışıq olub və Anar Cabbarov yenidən Binkılıç Göç İdarəsinə geri qaytarılıb. Martın 22-də vəkili Anar Cabbarovla görüşə gedib. Vəkil görüb ki, Anar Cabbarovu yenidən Azərbaycanın İstanbuldakı Baş Konsulluğuna aparırlar. Vəkilə deyilib ki, bəzi sənədlərin dəqiqləşməsi üçün aparılır, bir neçə saata geri qaytarılacaq, daha sonra isə çox güman ki, azad ediləcək. Lakin Anar Cabbarov bir daha geri qaytarılmayıb. Türkiyə onu Azərbaycan Konsulluğuna təhvil verib, onlar da günorta saatlarında Bakıya göndərib”, - deyə "Müsəlman Birliyi” Hərəkatından bildirilib.

Novruz bayramı ilə əlaqədar ölkədə rəsmi iş günləri olmadığından Azərbaycan Daxili İşlər Nazirliyinin baş verənlərə münasibətini öyrənmək, A.Cabbarovun harada saxlandığını dəqiqləşdirmək mümkün olmayıb.

Türkiyə hökuməti bundan öncə də bir neçə dəfə Azərbaycan hökumətini tənqid edən şəxsləri öz ərazisində saxlayaraq, Bakıya göndərib. "Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov, keçmiş deputat Hüseyn Abdullayev Türkiyə ərazisində tutulub. Azərbaycan hökuməti də öz növbəsində Türkiyənin "Fətullah Gülən tərəfdarı” kimi təqdim edib, terrorçuluqda ittiham etdiyi vətəndaşlarını öz ərazisində saxlayıb. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, məhkəmə qərarıyla azadlığa buraxılsalar da, məhkəmə binasından çıxan kimi tutulub, Türkiyəyə göndərilib.

"Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar əsasən, Nardaran hadisələrindən sonra həbs olunub, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Təşkiların üzvlərinin bir qismi martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onların arasında hərəkatın sədr müavini Elçin Qasımov da var.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo