12:23, 09 Avqust 2018 (Cümə axşamı) 220

Sumqayıtda avtomobil təmiri sexində yanğın olub

Sumqayıtda avtomobil təmiri sexində yanğın olub
Sumqayıt şəhərində avtomobil təmiri sexində yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən (FHN)  verilən məlumata görə, sexin yanar konstruksiyaları 30 m² sahədə və içərisində olan "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. 

Yüksək temperaturdan bitişik olan sexlərin lambirdən ibarət tavanı, ümumilikdə, 26 m² sahədə əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış "Opel" markalı avtomobil yanğından mühafizə olunub. 

Yanğın söndürülüb.