Sosial

"Siyasi səbəbdən tutulan qadınla evlənərəm, cinayət törədənlə yox...” - REPORTAJ

8 Dekabr, 2018
1433
Ölkədə bir çox qadınlar psixoloji təzyiqlərə məruz qalır və cəmiyyətdən təcrid olunur. 

Cəmiyyətdə haqlı və ya haqsız yerə həbs olunmuş və ya müxtəlif səbəblərdən boşanmış qadınlar üstünlük təşkil edir. 

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci ildə Ədliyyə Nazirliyinin şəhər (rayon) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə  nikahların sayı 6.5, boşanmaların sayı isə 1.5 olub. 

2018-ci ilin ilk 7 ayında isə qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınıb və əhalinin  hər 1000 nəfərinə nikahların sayı 5.8, boşanmaların sayı isə 1.5 olub.

Ekspertlər isə deyirlər ki, boşanmış qadınların cəmiyyətə adaptasiya prosesi heç də asan başa gəlmir. Belə olduğu təqdirdə, qadınlar sosial fəaliyyətdən uzaq qalırlar. Bu da öz növbəsində onlarda psixoloji pozuntulara gətirib çıxarır. 

Toplum.Tv olaraq, bu reportajda həmin qadınların bəzilərinin həyat hekayələrinə yer verdik: 

"Dedi-qodulara tab gətirməyib Bakiya gəldim"

28 yaşlı Xədicə Kərimli deyir ki, təcavüzə məruz qaldıqdan sonra valideynlərinin təkidi ilə zorla həmin şəxslə evləndirilib: "Təcavüzə məruz qaldıqdan sonra məcburi şəkildə evləndirildim. Övladımı dünyaya gətirdikdən sonra baş verənlərə dözə bilməyib boşandım və yaşadığım Gəncə şəhərində işləməyə başladım. İşlədiyim müddətdə dedi-qodulara tap gətirə bilməyib işdən ayrıldım və Bakıya gəldim. Bu günə qədər işlədiyim bütün müəssisələrdən müdirlərin və işçilərin mənə etdiyi qeyri-etik təkliflər səbəbindən işdən ayrılmaq məcburiyyətində qalmışam”. 

Hazırda Bakıda şadlıq saraylarından birində işdlədiyini deyən Xədicə dəfələrlə kobud münasibətlərin şahidi olduğunu bildirib. 

"Belə cəmiyyətdə özümə yer tapa bilmirəm”

21 yaşlı Aysel Namazlı isə həyat yoldaşı tərəfindən fiziki işgəncələrə məruz qaldığını, valideynlərdindən isə lazımi dəstək ala bilmədiyini deyib: "Bir il xalam oğlu ilə evli oldum. İlk aylar hər şey qaydasında olsa da, bir müddət sonra həyat yoldaşım tərəfindən şiddətə məruz qalmağa başladım. Bu, adət halını aldığında görə boşanmaq qərarına gəldim. Boşanma prosesi mənim üçün heç də asan olmadı. Boşanma fikrini anama bildirdim, lakin valideynlərimdən gözlədiyim dəstəyi ala bilmədim. Valideynlərim boşanacağım təqdirdə evə qayıtmamağımı bildirdilər. Mən də məcbur qalıb Bakıya gəldim və dərzi işləməyə başladım. Lakin əksər hallarda ətrafdaki insanlar boşanmış olduğumu biləndə mənə olan münasibətləri dəyişməyə başlayır. Belə cəmiyyətdə özümə yer tapa bilmirəm”.

"Ölkəni tərk etmək barədə düşünürəm"

Ailəsi tərəfindən psixoloji təzyiqlərə məruz qalan və hazırda 2 oğlu ilə birgə Bakıda yaşayan Xəyalə Mirzəyeva isə yaxın gələcəkdə yaşadığı problemlərlə əlaqədar ölkəni tərk etmək barədə düşünür: "Artıq 4 ildir ki, boşanmışam. Boşandıqdan sonra ailəm tərəfindən psixoloji təzyiqlərə məruz qaldım. Sonradan 2 oğlumu da götürüb Bakıya köçdüm. Burada hər tapdığım iş yerində əxlaqsız təkliflər almağa başladım. Hazırda operator işləyirəm və burada işləməyimin ən əsas səbəbi işçi heyətinin qadınlardan ibarət olmağıdır”. 

"Ailəm və dostlarım bu çətin günlərimdə mənə dəstək oldular"

Kəmalə Abbasova adlı xanım isə deyir ki, həyat yoldaşından ayrılsa da, dostlarının və ailəsinin qayğısını həmişə hiss edib: "10 il müddətində evli oldum. Sonradan həyat yoldaşım ilə aramızda yaranan problemlər nəticəsində evliliyim uğursuzluqla nəticələndi. Ailəm və dostlarım bu çətin günlərimdə mənə dəstək oldular".

O deyib ki, həyatda buraxdığı səhvlər də olub və bu dərslərdən nəticə çıxarmağa başlayıb: "Boşandıqdan sonra şəxsi münasibətlərimə nəzər saldım və etdiyim səhvləri gördüm, 10 illik evlilik həyatım mənə dərs oldu.  Bütün çətinliklərə baxmayaraq hazırda  azad və xoşbəxtəm". 

Soyadını bildirmək istəməyən Tural adlı şəxs isə deyir ki, onun boşanmış qadınlara münasibəti mənfidir: "Bakirə qadınla evlənərəm, lakin boşanmış qadınla heç vaxt ailə həyatı qura bilmərəm”. 

Nurlan Mikayılov adlı gənc isə deyir ki, siyasi səbəblərə görə həbs olunan qadınla ailə həyatı qurmaqda problem görmür: "Siyasi səbəbdən tutulan qadınla evlənərəm, amma cinayət törətmiş qadınla evlənmərəm”. 

"Kişilərin boşanmış qadınla evlənmək istəməməsinin səbəbi cəmiyyətin qınağıdır"

Psixoloq Hüseyn Xəlilovun sözlərinə görə, kişilərin əksəriyyəti insanların qınağından çəkinir: "Onlarda "boşanmış qadınla evlənsəm, insanlar mənə nə deyər, ailəm qəbul etməz” düşüncəsi formalaşıb". 

Ekspert deyir ki, boşanma müxtəlif səbəblərdən baş verə bilər: "Xarakterlərin uyğunlaşmaması, kənar müdaxilə, ifrat qısqanclıq, tərəflərdə psixoloji problemlərin olması bu səbəblərdən, sadəcə, bir neçəsidir. Boşanma həm qadının, həm də kişinin postdramatik stress yaşamasına səbəb olur. Boşanma tərəflərdə qorxu yaradır. Bu qorxu kişi və qadında özünü müxtəlif şəkildə göstərə bilir. Boşandıqdan sonra kişilərin bəzisi heç vaxt evlənmir və yaxud illər sonra evlənir, bəzisi isə qısa müddət sonra yenidən evlənir. Boşanmış qadınlar kişilərə nisbətən cəmiyyətə daha gec adaptasiya olur. Ətrafdakı insanların onu qınaması, ailənin qadına təzyiqi bu prosesi daha da ləngidir”.

H. Xəlilovun fikrincə, boşanandan sonra psixoloqa müraciət edən qadınların əksəriyyəti çox aqressiv olur: "Onlarda "mən boşanmışam, insanlar buna görə mənə pis baxır, daha yaşamaq istəmirəm” kimi düşüncələr də olur".

Psixoloq vurğulayıb ki, boşanmış qadınlar ətrafdakı insanların sözlərinə əhəmiyyət verməməlidir: "Qadın boşandıqdan sonra öz ayağı üstündə durmağı bacarmalı, "boşanmışam, daha evlənə bilmərəm, yaşamağın mənası yoxdur” kimi düşüncələri unudub öz həyatına davam etməlidirlər. Hər gün şiddət gördüyü bir insanla yaşamaqdansa, boşanmaq daha yaxşıdır”. 

Şəhla Abbasova 
Lalə Tağıyeva
Sevinc Səfail
Xanım Mustafayeva
Gözəl Vahidova

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo