13:49, 19 Aprel 2019 (Cümə) 366

Şimali İrlandiyada jurnalist öldürülüb

Şimali İrlandiyada jurnalist öldürülüb


/ DÜNYA
Şimali İrlandiyanın Londonderi şəhərində ötən gecə iğtişaşlar zamanı jurnalist güllələnərək öldürülüb. Polis buna görə Yeni IRA adlı dissident respublikaçı qrupun məsuliyyət daşımasından şübhələndiyini bildirib.

Polisin aprelin 19-da səhər bildirməsinə görə, 29 yaşlı araşdırmaçı jurnalist Lyra McKee iğtişaş zamanı naqafil güllədən ölüb.

Jurnalist polisə Molotov kokteylləri, kərpic, butulka atılan zaman hadisə yerində olub.

McKee son tvitində polislə iğtişaşçıların qarşıdurmasını "tamamilə dəlilik” adlandırıb.

Polis rəisinin müavini Mark Hamilton deyib ki, silahlı iğtişaşlar zamanı polisə bir neçə güllə atıb.

"Bunun terror aktı olmasına inanırıq. İnanırıq ki, bunu Yeni IRA-nın zorakı dissident respublikaçıları gerçəkləşdirib”, – Hamilton vurğulayıb.

McKee Mediagazer xəbər saytının redaktoru olub, Belfastda mənzillənib.

O, əsasən, Şimali İrlandiyada on illərdir davam edən zorakılığın təsirlərini araşdırırdı.

Azadliq.org