Sosial

"Sərt işlə məşğul olan, pambıq qəlbli adam” – Bölgədən səslər

17 Dekabr, 2018
1437
Xəqani Məmmədov dəmirçidir, 20 ildir ki, bu sənətdən pul qazanır. Əslən ağdamlı olan dəmirçi indi köçkün kimi rayonun Quzanlı kəndinə sığınıb. 

Deyir ki, məcburi köçkünlük həyatı yaşayandan sonra heç kim ona əl tutmayıb. Evini də özü tikib, ailəsini də dolandırıb: "Ağdamda Mehi ustanın şagirdi olmuşam. O da ağdamlı Qədir kişinin şagirdi olub. Qədir kişinin ustası kimdi, daha mən onu tanımaram. Amma Qədir kişi çox tanınan, qızıl əlli ustalardan olub. Mən özüm də bəzən burada dərs verirəm. İndiki cavanlarda bizdə olan hövsələ yoxdur. Elə tez də qaçırlar. Mənim ən sadiq şagirdim xanımım Aytəkindir. Elə biz birlikdə olandan əlimdən tutur”.
 

Xəqani usta deyir ki, dəmirçilik çətin peşə deyil, sadəcə hövsələ tələb edir: "Vərdiş etməzdən öncə əl-ayağını yaralayırsan. Cavanların da gözü qorxur. Amma öyrəşəndən sonra heç bir təhlükəsi yoxdur. Bir də yayda odun istisində qalaylamaq çətin gəlsə də, soyuq havalarda əksinə xoş olur”.

Xəqani Məmmədov qazancından da razıdır: "Öz əlim, öz başımdır. Dolanışığımız çıxır. İstədiyim gün işləyirəm, istədiyim gün də istirahət edirəm. Kənd yeri də elədir ki, üz-üzü, göz-gözü tanıyır. Elə 70 faiz adam nə etsə, mənim yanıma gəlir. Əsas qazancım da böyük mağazalarla olan müqavilələrimdən çıxır. Materiala pul xərcləmirəm. Mağaza sahibi 3000-4000 manatlıq malı qapıma gətirir. Ona da vaxt sərf etmirəm. Oturub işimi görüb, haqqımı alıram”.

Xəqani Məmmədov həm də işini sevir. Deyir ki, əgər bir gün işini dayandırsa belə, alətləri heç kimə verməz, emalatxanasında saxlayar.
 
 

Onun emalatxanasında iki-üç alət var. O, ülgüclə dəmirləri kəsir, qalaylayır və müxtəlif incə bəzəklərlə bəzəyir: "İşləmək üçün çoxlu çeşid var. Adi əl-üz yuyanların 10 cürünü düzəldirəm”. 

Xəqani Məmmədovun 2 qızı var. Böyük qızı Xumar Məmmədova selebral iflicdir. 17 yaşlı Xumar yatağa məhkumdur. Skalyozdan da əziyyət çəkdiyi üçün əlil arabasında oturması belə mümkün deyil. 

Atası deyir ki, Xumarın gözləri də görmür və nitqi də inkişaf etməyib. Onun bütün fiziki ehtiyaclarını anası Aytəkin Məmmədova təmin edir. 

Aytəkin  xanımın sözlərinə görə, qızına baxmaqdan bir çox xəstəlik tapıb: "Böyük qızdır. Harasa gedəndə qucağıma alıb daşıyıram. Belimdə yırtıq əmələ gəlib, zobum, təzyiqim var. Qadın xəstəliklərindən də əziyət çəkirəm. Allaha şükür, hələ canımda güc var, hələ balama baxa bilirəm”.
 

Valideynləri deyir ki, Xumarın xəstəliyinə görə  ayda 82 manat ünvanlı sosial yardım ayırılıb. Bu da onun xərclərini qarşılamır. 

Aytəkin Məmmədovanın dediyinə görə, təkcə Xumara alınan bezlər sosial yardımın məbləğindən çox edir.

Xəqani Məmmədovun sözlərinə görə, ünvanlı sosial yardım alan şəxslərin vəziyyətini yoxlamaq, müavinəti artırmaq məqsədilə Quzanlıya komissiya gəlib: "Bakıdan komissiya gəlmişdi. Gedib dedim ki, bizim üçün də məbləğdə artım nəzərdə tutulmalıdır. Komissiya üzvləri dedi ki, gərək xəstəni gətirəsiz, görək. İzah etdim ki, yatalaqdır, qaldırıb gətirə bilmərəm. Dedi, biz də gəlib baxa bilmərik. Halbuki qanunla nəzərdə tutulub ki, ünvanlı yardım alan insanlara belə vəziyyətdə evdə yoxlanış olmalıdır.

Kənd adamlarıdı, kənd həkimidi, şikayət etmək də olmur, çünki hamı bir-birini tanıyır”.
 

Xəqani Məmmədov heç kimdən yardım istəmədiyini deyir: "Mən televizora baxmıram. Xəbərlərə, deputatların çıxışlarına heç baxmıram. Heç kim reallıqdan danışmır, hamı canından qorxur. Mən heç kimdən yardım da istəmirəm. Şükür ki, özüm ailəmi dolandıra bilirəm. Sadəcə haqqım olan təzminatı istəyirəm”.

Xaqani Məmmədovun ünvanlı sosial yardım ala bilməməsi ilə bağlı fikirlərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən açıqlama almaq mümkün olmayıb. 

Gülzar N. Məmmədli
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo