11:36, 07 Avqust 2018 (Çərşənbə axşamı) 271

Sergey Lavrov Xəzəryanı ölkələrin XİN başçılarının iclasında iştirak edəcək

Sergey Lavrov Xəzəryanı ölkələrin XİN başçılarının iclasında iştirak edəcək
Rusiyanın xarici işlər naziri Sergey Lavrov avqustun 11-də Aktauda keçiriləcək Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə TASS-a stats-katib, Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin bildirib.

"Sergey Viktoroviç Lavrov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə olmağı planlaşdırır", - diplomat deyib.

Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin toplantısı Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistan dövlət başçılarının iştirakı ilə keçiriləcək 5-ci Xəzər sammiti ərəfəsində baş tutacaq.

Sammitin əsas yekun sənədinin 2017-ci il dekabrın 4-5-də Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşündə razılaşdırılan Xəzər dənizinin hüquqi vəziyyəti haqqında Konvensiya olacağı gözlənilir.