Dünya

Rusiya Norveçə etiraz bildirib

25 Sentyabr, 2018
1219
Bir Rusiya vətəndaşı Oslo yaxınlığında casusluq şübhəlisi kimi həbs edildikdən sonra Norveçin Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə dəvət edilib.

Norveç hakimiyyət orqanları sentyabrın 23-də bildirib ki, Rusiya vətəndaşı sentyabrın 21-də Qardermoen hava limanında casusluq fəaliyyətində şübhəli kimi saxlanıb.

Norveç xəbər agentliyinin məlumatına görə sözü gedən rusiyalı Oslo sahə məhkəməsinin qərarı ilə sentyabrın 22-də saxlanaraq təcridxanaya yerləşdirilib.

Bu da xəbər verilir ki, o sübutları məhv edə bilərdi və buna görə də iki həftə həbsdə saxlanacaq.

Rusiyanın Xarici İşlər Nazirliyi sözü gedən şəxs üzərindən "cəfəng ittihamların dərhal götürülməsini” tələb edib.

Nazirlik həbs olunan şəxsin M. A. Boçkaryov olduğunu bildirir.

Norveç tərəfi bildirir ki, bu şəxs Norveç parlamentində rəqəmsallaşdırma seminarina gedəndən sonra casusluq fəaliyyəti ilə məşğul olduğu bəlli olub.

Rusiya XİN-in Facebook səhifəsində yazılmış postda bildirilir ki, həbs "cəfəng bəhanə” əsasında həyata keçirilib.

Norveçin baş naziri Erna Solberq deyib ki, bu məsələ siyasi mahiyyət daşımır və tamamilə polis təhqiqatına aid bir işdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo