12:20, 10 Yanvar 2019 (Cümə axşamı) 513

Qubada ticarət mərkəzində yanğın olub

Qubada ticarət mərkəzində yanğın olub
Yanvarın 10-u səhər saatlarında Quba şəhərində yerləşən ticarət mərkəzində yanğın baş verib.

AZƏRTAC-ın məlumatına görə, mərkəzdəki dörd satış məntəqəsi içərisindəki mallarla birlikdə yanıb. Ətrafdakı bir neçə mağazaya isə ciddi ziyan dəyib. Yanan mallar, əsasən, geyimlər və texniki avadanlıqdır.

Məlumatda habelə bildirilir ki, artıq yanğından mühafizə bölmələri yanğını söndürüb.

Yanğının elektrik naqillərində qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir, faktla bağlı araşdırma aparılır.