Sosial

"Qəssabın oğlu qəssab, pinəçinin də oğlu pinəçi olur" - "Mənim hekayəm"

10 Yanvar, 2019
1216
Kitaba marağı olmayan uşaqlar adətən atalarının peşəsini davam etdirir. 

Cənubi Azərbaycandan gəlib Ağdamda məskunlaşan Həmid Zəfərməndin ailəsi haqqında da bunu demək olar. 53 yaşlı Həmid Zəfərmənd ötən əsrin 90-cı illərindən pinəçiliyə başlayıb. 
 

Qarabağ müharibəsi onu da əsgər şineli geyinməyə vadar edib və 3 il döyüşüb. Sonra yenidən öz işini davam etdirib. Deyir ki, uşaqlıqdan kitaba, dərsə həvəsi olmayıb. Elə öz ayaqqablarını tikə-tikə bu işi öyrənib: "Ustam da olmayıb, elə özüm öyrənmişəm. Gördüm bacarıram, dedim pul da qazanım. 8, ya da 9-cu sinifdən bilirəm işimi. Çox da sevirəm”.
 
 

Pinəçinin sözləinə görə, aylıq 250-300 manata qədər qazancı olur. Bu məbləğ fəsilə görə də dəyişir: "Qışda daha çox gələn olur. Yayda da boş qalmıram. Kənd yeridir də, təsərrüfatla məşğul oluram. Toyuq saxlayırsan yumurta verir, kartofu, soğanı, göyərtini əkirsən, pul xərcləmirsən”.

Həmid Zəfərmənd işə məsuliyyətli yanaşmağın tərəfdarıdır. Deyir ki, söz verdisə, nəyin bahasına olursa-olsun onu yerinə yetirəcək: "Birdən olur ki, material tapa bilmirəm. Tapa bilməyəndə Bərdəyə, Yevlaxa, Mingəçevirə qədər gedirəm. Lap o işdən  xeyr qalmasa belə, sözümü tutmaq üçün gedirəm”. 
 
 

İndi sənətini oğluna öyrədir: "22 ildir işləyirəm, hələ öyrənmək üçün yanıma gələn olmayıb. Hazırda balaca oğlumla işləyirəm. Bizdə belədir də: qəssab oğlu, qəssab, sürücü oğlu sürücü, pinəçinin də oğlu pinəçi olur.  Elə vaxt olur ki, yaralanıram, sarıyıb təkrar işləyirəm. Çörək qazanmaq xətrinə dözürük. Birdən ayaqqabıları tozlu-torpaqlı gətirirlər, güclə təmir edib ələ gətirirəm. Kimsə ayaqqablarımı bəyənməyib üstümə gətirsə, sənətimi ataram. Yəni işimə o qədər güvənirəm”.
 
 

Həmid Zəfərmənd düşünür ki, hər kəsin bir peşəsi, işi olmalıdır, əks halda yaşamaq mümkünsüzdür: "Gənclərə tövsiyə edirəm ki, öncə oxusunlar. Savadlı olmaq yaxşıdır. Yox, əgər savadı yoxdursa, onda mütləq hansısa peşəyə, sənətə sahib olmalıdır. Demirəm hər peşə pul gətirir. Pula qalanda yerli adamıq hamımız, kimin nəyə gücü çatır, onu da verir. Elə olur ki, pul vermir, əvəzində qatıq, süd verir. Başqa biri yumurta gətirir. Sadəcə əmin olursan ki, dolanışıq çıxacaq”.

Gülzar N. Məmmədli
Toplum TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo