09:09, 20 Aprel 2019 (Şənbə) 264

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi başlayır

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi başlayır
Maliyyə Nazirliyinin və Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, aprelin 22-dən fiziki şəxslərin problemli kreditləri üzrə kompensasiyaların ödənilməsi başlayır.

 Mənbənin məlumatına görə, 602 347 nəfər kompensasiya alacaq. Kompensasiyaların ümumi məbləği açıqlanmır.

Vəsait mərhələli olaraq kredit təşkilatlarının hesablarına köçürüləcək. Bu proses aprelin 19-da başlayıb. Bütün ödənişlərin mayda tamamlanması planlaşdırılır