19:06, 20 Mart 2019 (Çərşənbə) 1226

"Prezidentin ayırdığı pulun xərclənmə müxanizmi olmalıdır" - REPORTAJ

Yaradıcılıq ittifaqları və birliklərə prezidentin ehtiyat fondundan təxminən 3 milyon manat vəsait ayrılıb. 
 
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. 

Sərəncama əsasən, Azərbaycan Yazıçılar Birliyinə (AYB) 800 min, Azərbaycan Bəstəkarlar İttifaqına 650 min, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına 300 min manat pul ayrılıb. 

"Yazıçılar Birliyinə ayrılan vəsaitin hara xərclənəcəyini hələ müəyyənləşdirməmişik”, - bunu ONA-ya AYB sədri, xalq yazıçısı Anar deyib.

O bildirib ki, sərəncam yeni verilib, hələ müzakirə aparmamışıq: "Yəqin ki, vəsaitin hamısı yazıçılara xərclənəcək, ayrı heç yerə xərclənməyəcək”.

Toplum.Tv mövzu ilə bağlı mədəniyyət nümayəndələrinin mövqeyini öyrənib. Reportajı təqdim edirik:

Tural İlyas
Toplum.Tv