Polşa Respublikasının vətəndaşı, Volomin povyatının starostası Kazimir Rakovski Azərbaycanın Xarici İşlər Nazirliyinə müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.
XİN-dən "Report"a verilən məlumata görə, K.Rakovski Azərbaycan Respublikasının suverenliyinə və beynəlxalq ictimaiyyət tərəfindən tanınmış ərazi bütövlüyünə, habelə Azərbaycan Respublikası ərazisində qüvvədə olan qanun və qaydalara hörmət etdiyini vurğulayıb.
O, regiona səfərinin səbəb olduğu bütün çətinliklərə və nəticələrinə görə üzrxahlığının qəbul edilməsini və adının "Arzuolunmaz şəxslərin siyahısı”ndan çıxarılmasını xahiş edib.
K.Rakovskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər