Dünya

Parisdə "sarı jiletlilərin" etirazları davam edir

10 Fevral, 2019
1102
Minlərlə fransalı "sarı jiletli” nümayişçilər şənbə günü artıq 13-cü həftə sonu etiraz yürüşü keçirib. Parisdə çaxmaşmalar yaşanıb, bir nümayişçinin əli kiçik partlayıcı nəticəsində yaralanıb.

Bundan əlavə gecə yarısı Milli Assambleya başçısının Brittanidəki iqamətgahına qəsdən yandırılıb. Lakin bunun prezident Emmanuel Makrona qarşı etirazlarla əlaqəsi olmadığı bildirilir.

"Sarı jiletli” nümayişçilər noyabr ayının ortalarında ilk öncə artan yanacaq vergisinə qarşı etiraz etməyə başlayıblar. Lakin daha sonra bu etirazlar onların adi insanlara qarşı rəğbəti olmadığını düşündükləri siyasi sinifə qarşı genişmiqyaslı üsyana çevrilib. 

Parisdə şənbə günü minlərlə insan güc simvolu hesab edilən Milli Assambleya və Senat önündə yürüş keçirib.

Əsasən dinc keçirilən nümayişdə etirazçılar təhlükəsizlik qüvvələrinə əşyalar atıb, bir skuter və polis maşını yandırılıb, bəzi mağazaların pəncərələri sındırılıb.

Bir iştirakçı polisin izdihamı gözyaşardıcı qazla dağıtmaq üçün istifadə etdiyi "qumbara”nı yerdən götürəndə əlini ciddi yaralayıb.

Daxili İşlər Nazirliyi Fransa boyu etirazçıların sayının 12 min olduğunu, buna Parisdəki 4 min iştirakçının daxil olduğunu bildirib. Lakin polis mənbələrinə görə, Parisdən kənarda etiraz aksiyalarında 21 min nümayişçi iştirak edib.

Bundan öncəki həftə sonlarında Paris döyüş meydanına çevrilmişdi. Siyasi spektrin hər bir hissəsindən siyasətçilər Makronun yaxın müttəfiqi və parlamentin aşağı palatasının prezidenti Riçard Ferrandın evinə hücumu qınayıb.

O, Twitter-də yanmış qonaq otağının şəkillərini dərc edib və polisin evdə yanacaqla isladılmış parçalar tapdığını yazıb. Ferrard bunun arxasındakı niyyətin cinayət olduğunu söyləyib, lakin mümkün cinayətkarın kimliyi hələ ki, naməlumdur. 

"Heç nə Respublikanın seçilmiş rəsmisinə qarşı zorakılıq və təhdidlərə haqq qazandırmır” – deyə, Makron hadisə ilə bağlı Twitter hesabında yazıb.

Amerikanın Səsi

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo