Fransanın Paris şəhərinin meri Ann Hidalqo "Sarı jiletlilər”in dekabrın 8-nə nəzərdə tutulan etiraz aksiyası ərəfəsində hamını təmkinli və ehtiyatlı olmağa, qarşılıqlı hörmətə çağırıb.
"İnterfax” xəbər verir ki, paytaxt rəhbəri "Paris bütün fransızlarındır, Parisin qayğısına qalın”, - deyə vurğulayıb.
Xatırladaq ki, Fransada yanacağın bahalaşmasına qarşı etiraz edən "Sarı jiletlilər” hərəkatı müxtəlif şəhərlərdə növbəti kütləvi aksiyalarını dekabrın 8-nə təyin edib. Parisdə həmin gün asayişin qorunmasına 8 min polis və zirehli maşınlar səfərbər olunacaq. Paytaxt rəhbərliyi sakinlərə şənbə günü zərurət yaranmadan şəhərin mərkəzində küçəyə çıxmamağı, iş yerlərinin sahiblərinə isə vitrinlərə qoruyucu bəndlər quraşdırmağı tövsiyə edib.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
Neft gəlirləri doğrudanmı ədalətli bölüşdürülüb? - Natiq Cəfərliylə müzakirə