Manşet

Oxucular daha çox hansı əsərlərə üstünlük verirlər? - REPORTAJ

8 Dekabr, 2018
2483
Mütaliə fərdin dünyagörüşünün formalaşmasına, söz ehtiyatının artmasına, bilik əldə etməyə kömək edir. Bu baxımdan yaşadığımız əsr texnologiya əsri olsa da, hələ də kitab oxmağa böyük ehtiyac var. 

Bəs Azərbaycanda kitaba nə qədər önəm verilir? Oxucuları daha çox hansı janrlara üstünlük verirlər?
 
Rəsmi statistika: "50%-i dedektiv, 25%-i tarix, 20%-i romantik, elmi, 5% klassik ədəbiyyat oxuyur"
 
Son illərin statistikasına görə, gənclərin 50%-i dedektiv, 25%-i tarixi, 20%-i romantik, elmi, cəmi 5%-i isə klassik janra üstünlük verir. 

Kitab satıcıları da əsasən, rusdilli gənclərin daha çox fantastika, yaşlı oxucularin dedektiv və klassik əsərlərə, qızların isə daha çox sevgi romanlarına üstünlük verdiyini deyirlər. 

Paytaxtın kitab mağazalarında apardığımız sorğulardan belə qənaətə gəlmək olur ki, yeni kitab oxumağa başlayan gənclər də yaşlı nəslin nümayəndələri kimi daha çox Rövşən Abdullaoğlu, Çingiz Abdullayev və Elxan Elatlının əsərlərinə üstünlük verirlər. Bunun başlıca səbəbi isə bu yazıçıların əsərlərini sadə dildə yazmasıdır. 
 
"Cəfər Cabbarlı və Hüseyn Cavid kimi dahiləri oxumurlar"

Satıcılardan biri deyir ki, Azərbaycan ədəbiyyatına  maraq demək olar ki, yoxdur: "Təbii ki, söhbət əsl ədəbiyyatdan gedir, primitiv dildə yazılmış əsərlərdən yox. Məsələn, Cəfər Cabbarlı haqqında kitab satılmadığından endirimə qoyulub. Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi dahi şəxsiyyətlərin əsərləri tələbat olmadığından mağazamızda satılmır".

Əksər kitab satıcıları deyirlər ki, gənclər arasında ən az maraq klassik ədəbiyyatdadır: "Hüseyn Cavid, Bəxtiyar Vahabzadə kimi dahi şəxsiyyətlərin əsərləri tələbat olmadığından demək olar ki, mağazalarda satılmır". 
 
"Klassik ədəbiyyata meyil azalır"

Oxucu Rauf Ramin hesab edir ki, kitab oxumağın çox üstün cəhətləri var və dünyagörüşünü artırmaq istəyənlər, ən çox klassik, elmi, psixoloji janrda olan kitablarda  üstünlük verməlidir. 

Satıcılar isə deyirlər ki, klassik ədəbiyyata biganə münasibətin mənfi tərəfləri var: "Bu, əslində, çox acınacaqlı vəziyyətdir, çünki klassik əsərlər ədəbiyyatın özəyini təşkil edir. Biz kitab oxumağa yeni başlayanlara tövsiyələr edərkən elə kitablara üstünlük veririk ki, onlar o kitabları oxuyarkən yerində addımlamasınlar. Daha çox klassikaya yönəlmələrinə kömək olacaq kitablar tövsiyə edirik. Gənclər daha çox sosial şəbəkələrdə fenomen olan, lakin onlara fayda verməyəcək kitablara yönəlirlər. Daha çox türk ədəbiyyatına - "Sen 17 yaşımsın”, "Hüzünlü ponçik” adlı kitablar, Ahmet Batman, Büşra Yılmaz kimi yazarların kitablarını oxuyurlar. Bu da onların ziyanınadır, çünki belə olan halda ciddi ədəbiyyata meyil azalır". 
 
"Əsl oxucu 100 manata da kitab alar"


Onların sözlərinə görə, kitaba maraq ciddi məsələdir, əgər kitaba maraq varsa, əsl kitab oxucusunun alacağı kitabın qiyməti 100 manat olsa belə, alar: "Xüsusi olaraq seçdiyim janr yoxdur. Psixoloji romanlar maraqlı olur, elmi kitablardan da çox xoşum gəlir. Klassikləri də, müasir dünya ədəbiyyatını da oxuyuram. Daha çox maraqlı gələn dram tipli əsərlər olur. Son zamanlarda fantastika, sevgi janrlarında olan kitablar dəbdədir. Amma bu janrlar mənim marağımda olmayan janrlardır".
 
"Müasirləri oxumuram"

Rauf isə çağdaş ədəbiyyatla o qədər də maraqlanmadığını deyir: "Müasir Azərbaycan ədəbiyyatını demək olar ki, oxumuram. Amma klassiklərdən Yusif Vəzir Çəmənzəminli ən sevdiyim yazıçıdır. Demək olar ki, bütün əsərlərini oxumuşam. Bundan başqa Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundovun əsərlərini çox sevirəm".

"İlk dəfə kitab oxumağa başlayanda yaşım çox az idi. Məktəbə getmədən əvvəl də müəyyən qədər oxuyurdum. Ona görə də konkret deyə bilmərəm hansı janrdan başlamışam. Amma yəqin ki, sadə əsərlər olub - nağıllar, təmsillər və s", - deyir. 
 
"Alıcı qiymətinə yox, içinə baxmalıdır"

Kitab mağazasındakı oxuculardan biri deyir ki, kitaba münasibət bütövlükdə cəmiyyətdə aşağı səviyyədədir: "Təbii ki, kitab oxumaqdan imtina edənlərin kitab qiymətlərini səbəb kimi göstərdiklərini çox eşitmişik. "O qədər pulu kitaba verməkdənsə, başqa yerə xərcləyərəm” tipli fikirləri çox eşitmişəm. Mən bunu bəhanə hesab edirəm. Əslində, cəmiyyətimizdə olan bu cür yanlış düşüncə bizi inkişafdan saxlayır, hətta geriyə atır. Fikrimcə, kitab almaq istəyən onun qiymətinə yox, içindəkinə baxmalıdır. Bəzi kitabların qiymətləri, həqiqətən, yüksək olsa da, bu kitab mütaliəsindən imtina etməyə səbəb kimi göstərilə bilməz".

Səyyar kitab satıcıları isə deyirlər ki, son zamanlarda elektron nəşrlərin istifadəsi kitaba olan tələbata təsir edir. 
 
"Müasir texnologiya kitab satışına təsir edir"
 
Adının çəkilməsini istəməyən satıcının sözlərinə görə, əvvəllər kitaba olan tələbat daha çox olsa da, sonradan azalmağa başlayıb: "Ola bilər ki, müasir texnologiya buna təsir etdi, ola bilsin başqa təsirlər oldu. Amma reallıq odur ki, insanımız əvvəlki kimi kitab oxumur. Mən isə burda ikinci əl kitab satmaqla qazancımı əldə etməyə çalışıram. Daha çox tələbələr, nadir hallarda sıravi vətəndaşlar gəlib kitab alır. Satdığım kitablar mağazada satılan kitabdan 2-3 qat ucuz olur. Təbii ki, bunun ən əsas səbəbi işlənmiş olduqları üçündür. Son zamanlarda elektron kitabların da istifadəsi kitaba olan tələbata təsir edir. Tələbələr artıq gəlib 10 manata kitab almaq əvəzinə, elektron formada olan kitabı 5-6 manata çap etdirməyi üstün tuturlar”   
 
Nərgiz Absalamova
Aləmdə Nəsib
Gülər Seymurqızı
Emil Nəcəfli
Vüqar Mirzəbəy
 







Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Manşet

"Cənab prezident, sərhədləri açın, uşaqlarımıza kömək edə bilək"

1 Sentyabr 2022
Azərbaycanda  pandemiyaya görə tətbiq edilən bir sıra məhdudiyyətlər aradan qaldırılıb. Quru sərhədlərin bağlı qalması iki ildən çoxdur ki, davam edir. Hazırda insanlar ölkəni yalnız hava yolu ilə tərk edə bilirlər.       Rüxsarə Əliyeva "Toplum TV"-yə deyir ki, oğlu Məhəmmədi müalicə ilə bağlı İrana aparmalıdır. Amma maddi durumu və oğlunun təyyarəyə olan fobiyasına görə, artıq iki ildir ki, Bakıdan çıxa bilmirlər.   Məhəmməd ağır dərəcəli revmatizm-artiret xəstəliyindən əziyyət çəkir, sümük-oynaq problemlərinə görə, hərəkətində məhdudiyyətlər yaranıb.   "Demək olar ki, son 3-4 il ərzində oturub-durmağı çətinləşib. Sümük böyüdükcə, inkişaf etdikcə çətinlik də artır. Pilləkan çıxıb düşə bilmir, düz yolu mənim...
Manşet

Keçmiş MTN polkovniki  hökmü eşidəndə halı pisləşdi 

24 İyun 2022

e-huquq.az

İyunun 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində 2015-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş polkovniki, işdən uzaqlaşdırılandan sonra Lənkəran Dövlət Universitetinin prorektoru olmuş, sonradan bu işindən də kənarlaşdırılmış Bahadır Qocayevin məhkəməsi başa çatıb. Məhkəmə iclasına hakim İradə Həsənzadə sədrlik edirdi.  Ötən il Dövlət Təhlükəsizlik Xidmətinin həbs etdiyi Bahadır Qocayev 70 min manatdan çox pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttihama görə, o, bir neçə il əvvəl Xaçmazın Seyidlər kəndindəki bağ evini borclu olduğu bir şəxsə borc əvəzi etibarnamə ilə verib. Həmin şəxs də evi Fazil Alıyev adlı digər şəxsə 60 min manata satıb. Bir müddət sonra Bahadır Qocayevin...

Seçilmiş Videolar

Toplum TV loqo