2019-cu ildə Azərbaycanda neft hasilatı həcmi ötənilki səviyyədə qalacaq və orta hesabla 0,8 milyon barel/sutka təşkil edəcək.
Bu barədə OPEK-in yanvar hesabatında məlumat verilir.
Hesabatda qeyd olunur ki, Energetika Nazirliyinin məlumatlarına əsasən Azərbaycanda 2018-ci ildə orta hesabla 792 min barel/sutka neft və kondensat hasil olunub ki, bu da 2017-ci ilin göstəricisindən 2 faiz çoxdur.
İlkin statistik məlumatlara əsasən, 2018-ci ilin dekabrında ölkədə neft hasilatı 27 barel azalaraq 0,71 milyon barel/sutka təşkil edib. Azalmaya səbəb "Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunda hasilatın müvəqqəti dayandırılması olub.
Hesabatda o da qeyd olunub ki, 2018-ci ildə Azərbaycanda maye karbohidrogenlərin hasilatı dəyişməz olaraq – 0,8 milyon barel/sutka həcmində qalıb. 2019-cu ildə də eyni həcmdə hasilat proqnozlaşdırılır:
"Proqnozlara əsasən, 2019-cu ilin birinci yarısında Azərbaycanda maye karbohidrogen hasilatı sutkada 20 min barel azalaraq orta hesabla 0,79 milyon barel/sutka təşkil edəcək. İlin ikinci yarısında isə hasilatın 0,81 milyon barel/sutka təşkil edəcəyi gözlənilir”.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Rəsmi səhifə
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər