Milli Televiziya və Radio Şurası (MTRŞ) "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Trend-ə bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır:
"Sona Vəliyeva sıx elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq istefa ərizəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edib və ərizəsi qəbul olunub”.
S.Vəliyeva 2013-cü il noyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdi.
Sərəncamda qeyd olunurdu ki, Sona Məhəmməd qızı Vəliyeva 6 il müddətinə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilsin.
Sona Vəliyeva Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, şöbə müdiri Əli Həsənovun həyat yoldaşıdır.
XƏBƏRLƏR