İqtisadiyyat

"Neft bahalaşır, qiymətlər düşmür" - Ekspert

3 Oktyabr, 2018
2450
Azərbaycan neftinin qiyməti 86 dollara yaxınlaşır. 

Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,16 dollar və yaxud 1,37% bahalaşıb.

"Azeri LT CIF" markalı neftin qiyməti 85,94 dollar/barelə bərabər olub. 

Bu son 4 ildə rekord nəticə sayıla bilər. Lakin neftin qiymətləri artsa da, neft məhsullarının qiymətində heç bir enmə müşahidə olunmur.

Bunun səbəbi nədir?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Toplum.TV-yə açıqlamasında bildirib ki, bu, Azərbaycanda daxili bazar xarici bazarla uzlaşdırılmaması ilə əlaqədardır:
 
 
"Yəni daxili bazar xarici bazardan təcrid olunmuş şəkildədir. Azərbaycan müstəqillik qazandığı vaxtdan bəri neft məhsulları bazarı ancaq öz daxilindəki, dövlətin qoyduğu tənzimləmə metodları ilə bazarda fəaliyyət göstərir. Baxmayaraq ki, biz sosializmdən kapitalizmə keçid etmişik, ancaq neft sektorunda istər topdansatış, istərsə də pərakəndə bazarda neft məhsullarında bu, özünü hələ ki əks etdirməyib. Yəni dövlət nəzarəti iqtisadiyyatın seqmentində hələ də qalmaqdadır. Ona görə də dünya bazarında qiymətlər artanda və ya aşağı düşəndə bu bizim bazardakı qiymətlərə təsir etmir. Bəzən bizdə qiymətlər 4-5 il dəyişmir, bəzən isə bir ildən bir dəyişir".

"Son illərdə belə bir hal olmayıb ki, qiymətin azaldığını görək"

İqtisadçı ekspert Natiq Cəfərli isə deyib ki,  Azərbaycanda praktika bundan ibarətdir: "Qiymətlərin qalxması həmişə addım-addım müşahidə olunur, amma hər hansı bir ciddi qiymət endirimi, əsasən də, kommunal xərclərdə, yanacağın qiymətində qiymət endirimi müşahidə edilmir. Son illərdə belə bir hal olmayıb ki, qiymətin azaldığını görək". 
 

Ekspert bildirib ki, qiymətinin artması təbii ki, ölkəyə pozitiv təsir göstərir, valyuta gəlirləri artır: Ölkəmizdə bunun əksinin olacağını düşünürəm. Fikrimcə, neftin qiymətinin artması bir müddət sonra yanacağın qiymətinin qalxmasına səbəb olacaq. Hökumət bunu dünya bazarında gedən proseslərlə izah etməyə çalışacaq. İlk növbədə dizel yanacağının qiymətinin artmasını gözləyirəm. Bu ilin sonuna qədər ola bilər ki, dizel yanacağının qiymətində təqribən 20-25 %-lik artım müşahidə edək".

Türkan Bəşir
Toplum Tv

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo