12:18, 18 Fevral 2019 (Bazar ertəsi) 296

Nazir milyonların dövriyyədən yayındırıldığını deyir

Nazir milyonların dövriyyədən yayındırıldığını deyir
"Ötən il iri topdan satış müəssisələrində aparılan vergi nəzarəti zamanı 930 milyon manatlıq dövriyyənin gizlədildiyi aşkar edilib".

Bunu fevralın 18-də vergilər naziri Mikayıl Cabbarov Bakıda keçirilən «Vergilər. Şəffaflıq. İnkişaf» adlı forumda deyib.

«2019-cu il üzrə vergi xidmətinin əsas prioritetləri dəyişməz olaraq qalır. Bu, ilk növbədə kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində görülən işlərdir. Vergi orqanlarının keçən il iri topdan satış müəssisələrində apardığı vergi nəzarəti tədbirləri zamanı 930 milyon manat, şəbəkə marketləri üzrə 122 milyon manat, özəl tibb xidmətləri sahəsində 230 milyon manatdan çox dövriyyənin gizlədildiyi aşkar olunub. Bu, milyonlarla manat verginin və sosial ödəmələrin büdcədən yayındırılması deməkdir», - nazir bildirib.

AZƏRTAC