15:34, 20 Mart 2019 (Çərşənbə) 273

Nazarbayevin qızı Qazaxıstan parlamentinin sədri seçildi

Nazarbayevin qızı Qazaxıstan parlamentinin sədri seçildi


/ DÜNYA
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva Qazaxıstan parlamentinin sədri seçilib.

Azadlıq Radiosunun məlumatına görə, onu bu vəzifəyə yeni prezident Kasım-Jomart Tokayev təklif edib. 

Nazarbayeva gizli səsvermə yolu ilə seçilib. İclasa qatılan 44 millət vəkili onun namizədliyini dəstəkləyib.

Nazarbayevin qızı bundan öncə parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri olub.