19:50, 17 Oktyabr 2018 (Çərşənbə) 246

"Müsavat" Milli müstəqillik gününü qeyd edib

Bu gün Müsavat Partiyasının qərargahında 18 oktyabr – Milli Müstəqillik günü ilə əlaqədar bayram tədbiri keçirilib.

Tədbir zamanı edilən çıxışlarda 1991-ci ilin oktyabrın 18-də Azərbaycanın öz müstəqilliyini elan etməsinin tarixi əhəmiyyətindən danışılıb.

Tədbirdə Arif Hacılı, İsa Qəmbər, Sabir Rüstəmxanlı, Hacıbaba Əzimov, İsgəndər Həmidov və Milli Şuranın sədri Cəmil Həsənli çıxış ediblər.

Çıxış edənlər öz nitqlərində "Müsavat"-ın bu tarixi hadisədəki əhəmiyyətini xüsusi vurğulayıblar. Partiyanın bir neçə üzvünə fəxri fərman təqdim edilib. 

Türkan Bəşir
Toplum TV