12:06, 23 Aprel 2019 (Çərşənbə axşamı) 285

Milli Məclisin plenar iclası başlayıb

Milli Məclisin plenar iclası başlayıb
Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələ daxildir.

Əvvəlcə "İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurası üzvlərinin seçilməsi haqqında" qanun layihəsinə baxılacaq.

Sonra "Kəşfiyyat və əks kəşfiyyat fəaliyyəti haqqında", "Əmək pensiyaları haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "Standartlaşdırma haqqında" və s. qanunlara, o cümlədən Mülki, İnzibati Xətalar məcəllələrinə dəyişiklik layihələri müzakirə ediləcək.