Siyasət

Milli Məclis hökumətə bir həftə vaxt verdi

15 Noyabr, 2018
1280
Parlamentdə 2019-cu ilin büdcə zərfinə daxil olan "Milli Məclisin 2019-cu il üçün xərclər smetası haqqında” qanun layihəsini müzakirəyə çıxarılıb.
Deputatlar çıxışlarında Milli Məclisə ayrılan vəsaitlərin daha da artırılmasını təklif ediblər.

Deputat Siyavuş Novruzov deyib ki, Milli Məclisin adından xarici dillərdə sənədlər hazırlanır: "Büdcədən Milli Məclisə ayrılan vəsait daha da artırılaraq parlamentin adından hazırlanan sənədlərlə bağlı ayrıca şöbə yaradılmaldır. Sənədlərin hazırlanması üçün rus, ingilis dilli mütəxəssislər cəlb olunmalıdır. Çünki Milli Məclisə bəzən qanunlar, müqavilələr bərbad gəlir. Bu baxımdan dilləri bilən mütəxəssislər yığışıb buradan gedən sənədlərin mükəmməl olmasını təmin etməlidirlər”.

Deputat Milli Məclisə xarici ezamiyyələrlə bağlı ayrılan vəsaitin, həmçinin Milli Məclisin əməkdaşlarının da əmək haqlarının artırılmasını da təklif edib:

"Çünki onlar gecə-gündüz işləyir, gündəlik gələn qonaqları, ayrı-ayrı parlament üzvlərini sənədləri, yerləşdirilməsi məsələsi ilə məşğul olurlar. Bu baxımdan bu sahəyə ayrılan vəsait artırılmalıdır. Bu sahədə çalışanlar əziyyət çəkir və onlar da öz bəhrələrini görməlidirlər”.

Deputat Naqif Həmzəyev də deyib ki, parlamentin aparatının işi çox ağırdır:

"Milli Məclis aparatında elektron sistemi sürətləndirmək üçün təklif edirəm ki, hökumət tərəfindən bununla bağlı parlamentin büdcəsinə əlavələr olsun. Bu elektronlaşdırma işini xeyli sürətləndirərdi. Deputatların ofisinin də bu sistemə inteqrasiya olması çox faydalı olardı. İnanıram ki, biz deputatlar də bu məsələdə çiynimizə düşən işin məsuliyyətini daim unutmayacağıq”.

2019-cu ilin dövlət büdcəsindən Milli Məclisin və onun aparatının saxlanması üçün xərclər smetası 27 milyon 69 min 600 manat məbləğində müəyyənləşib. Xərclər smetası 2018-ci il ilə müqayisədə 2 milyon 837 min 545 manat artırılıb.

Layihə barədə məlumat verən Milli Məclisin işlər idarəsinin müdiri Firudin Hacıyev deyib ki, xərclər smetasının 68.5 faizini əmək haqqı fondu və əmək haqqı ilə bağlı xərclər təşkil edir: "Son illər ölkədə aparılan məqsədyönlü siyasətin davamı olaraq Azərbaycan parlamenti xarici ölkədən gələn qonaqların, eləcə də deputatların həm xarici, həm də daxili ezamiyyətlərinin sayı xeyli artıb.

Parlament iclaslarının sayının çoxalması ilə əlaqədar dəftərxana, mətbəə avadanlıqlarının alınması xərclərinin artırılmasına, Milli Məclisin inzibati binasında 1994-cü ildən xidməti istifadə üçün quraşdırılan operativ rabitə ATS-nin yenidən qurulmasına, Milli Məclisin inzibati binalarının isidilməsi və soyudulmasını həyata keçirmək üçün 2006-cı ildə quraşdırılan kinderlərin sıradan çıxmış bəzilərinin yenidən əvəz edilməsi, informasiya texnologiyalarının inkişafı ilə əlaqədar Milli Məclisin inzibati binasında 2 ədəd məlumat bazası, servis otağının yenidən qurulmasına vəsait tələb olunur”.

O, maliyyə nazirinə müraciətlə 2019-cu ilin xərclər smetasında bəzi maddələrdə vəsait çatışmazlıqlarını nəzərə alaraq vəsaiti artırmağı xahiş edib:

"Dəftərxana və təsərrüfat xərcləri paraqrafına 50 min, mətbəə xərclərinə 50, ezamiyyəyə 200 min manat, avadanlıqların alınması maddəsinə 150 min manat, digər alış və xidmətlər maddəsinə 200 min, icarə və muzdlu xidmətlər paraqrafına 200 min, digər maşın və avadanlıqlara 250 min manat, eləcə də Milli Məclisin avtoparkında maddi texnikanın bazasının yaxşılaşdırılması məqsədilə nəqliyyat vasitələri maddəsinə 200 min manat vəsaitin ayrılmasına köməklik göstərməyini xahiş edirik”.

Milli Məclisdə büdcə müzakirələri sona çatıb. Spiker Oqtay Əsədov noyabrın 23-dək hökumətə vaxt verib:

"Noyabrın 23-dək büdcə sənədi ilə bağlı hökumətə vaxt veririk. Büdcə ilə bağlı növbəti iclasımız noyabrın 23-də, daha sonra isə noyabrın 30-da keçiriləcək”.

2019-cu ilin büdcə layihəsi 3 gün – noyabrın 13, 14, və 15-də müzakirəyə çıxarılıb. Deputatlar layihələrlə bağlı təkliflərlə çıxış ediblər.

Büdcə zərfinə "2019-cu ilin dövlət büdcəsi haqqında”, "2019-cu il üçün yaşayış minimumu haqqında”, "2019-cu il üçün ehtiyac meyarının həddi haqqında”, "Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il büdcəsi haqqında” qanun layihələri daxildir.

2019-cu ilin büdcə zərfi ilə bağlı layihədə dövlət büdcəsinin gəlirləri 22,9 milyard manat, xərcləri isə 24,7 milyard manat səviyyəsində proqnozlaşdırlır.

2019-cu il üçün ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn il üçün ehtiyac meyarının həddi 143 manat məbləğində müəyyən edilib.

Növbəti il üçün yaşayış minimumun ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilməsini nəzərdə tutulub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo