14:27, 10 Yanvar 2019 (Cümə axşamı) 123

Mərkəzi Bankın valyuta ehtiyatı artıb

Mərkəzi Bankın valyuta ehtiyatı artıb
Yanvarın 10-da Mərkəzi Bank valyuta ehtiyatı hesabatı yayıb.

Rəsmi məlumata görə, yanvarın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 622,5 milyon dollar olub.

Bir ildə valyuta ehtiyatı 287,9 milyon dollar artıb. 2018-ci il yanvarın 1-nə valyuta ehtiyatının həcmi 5 milyard 334,6 milyon dollar idi.

Pul bazasını isə Mərkəzi Bank 2019-cu ilin əvvəlinə 9 milyard 545,7 milyon manat göstərir.