Siyasət

Məhkəmə ''Nardaran işi-3'' üzrə qərar verib

9 Yanvar, 2019
1139
Yanvarın 9-da Ali Məhkəmədə "Müsəlman Birliyi” Hərəkatının sədr müavini Elçin Qasımov, təşkilatın İdarə Heyətinin üzvlərindən Nahid Qəhrəmanov və daha 10 nəfərin kassasiya şikayətinə baxılıb.

Nardaran hadisələrinə görə həbs olunanların işi məhkəməyə göndərilərkən bir neçə yerə ayrıldı. Ona görə də bu 12 nəfərin işi şərti olaraq, "Nardaran işi-3” adlandırılır.

Təqsirləndirilən şəxslərdən yalnız biri – İsa İbrahimov (Lənkərani) məhkəmədə iştirak edib. O da çıxışında Ali Məhkəmədən bəraət istəyib. O, heç bir günahı olmadığını, dördüncü ildir ki, nahaqdan həbsdə saxlandığını bildirib. Deyib ki, təkcə özü və onunla birlikdə mühakimə olunan şəxslərə qarşı ittihamların hamısı saxtadır. İ.İbrahimov onu da qeyd edib ki, Nardaran əməliyyatı keçiriləndə, o, ölkədən kənarda olub. Ölkəyə qayıdarkən saxlanıb.

Digər təqsirləndirilən şəxslərin vəkilləri kassasiya şikayətlərini müdafiə edərək bildiriblər ki, Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə araşdırma obyektiv və ədalətli olmayıb. Müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb, məhkəmə təqsirləndirilən şəxslərin günahsızlığını təsdiqləyən sübutların araşdırılmasına maraq göstərməyib. Polislərin ifadələrində çoxsaylı ziddiyyətlər olsa da, məhkəmə onları sübut kimi qəbul edərək, təqsirləndirilən şəxslər haqqında ittiham hökmü çıxarıb.
Vəkillər təqsirləndirilən şəxslərin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işgəncələrə məruz qalmasından, təqsirləndirilən şəxslərin evlərindən tapıldığı iddia olunan silahların ora elə axtarışı aparanların özləri tərəfindən atılmasına dair şübhələrdən də danışıblar.

Vəkillərdən sonra dövlət ittihamçısı çıxış edərək, kassasiya şikayətlərinin təmin olunmamasını, hökmün dəyişdirilməməsini xahiş edib.

Hakimlər də şikayətləri təmin etməyib.

Vəkillər Meydan TV-yə bildirib ki, Ali Məhkəmənin qərarından altı ay ərzində Avropa Məhkəməsinə şikayət göndərəcəklər.

"Nardaran işi-3” üzrə təqsirləndirilən şəxslərə 28 dekabr 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub. Təqsirləndirilən şəxslər - Elçin Qasımov və Ağəli Yəhyayev 15 il, Nahid Qəhrəmanov 13 il, Elgün Axundov, Seyfəddin Şirvanov, İsa İbrahimov, Fərhad Muradov və Vüsal Alış 12 il 6 ay, Seymur Aslanov, Əmirəli Əliyev, Əli Şahbazov və Ramil Əliyev isə 12 il 3 ay azadlıqdan məhrum edilib.

Onlar ittihamları rədd edir, özlərini təqsirli bilmirlər.

Meydan Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Siyasət

Bakı Moskva ilə əlaqələri daha da gücləndirmək istəyir

6 Mart 2024

Rəsmi səhifə

Martın 5-də Bakıda Azərbaycan və Rusiya arasında turizm və mədəniyyət, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair ikitərəfli əməkdaşlığın gücləndirilməsi üzrə bir sıra sənədlər imzalanıb. Toplum TV xəbər verir ki, bu barədə Azərbaycan Nazirlər Kabinetinin Mətbuat xidməti məlumat yayıb.  Bildirilir ki, Rusiya Hökumətinin sədri Mixail Mişustin Bakıya iki günlük səfəri çərçivəsində Azərbaycan Baş naziri Əli Əsədov ilə görüş keçirilib. Görüş vaxtı tərəflər Azərbaycan-Rusiya strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu bildiriblər. Həmçinin 2023-cü ildə qarşılıqlı ticarətin əldə olunmuş 4,3 milyard ABŞ dolları həcmində rekord səviyyəsindən məmnunluq ifadə ediblər.  "Nəqliyyat-tranzit sahəsi Azərbaycan-Rusiya əməkdaşlığının əsas istiqaməti kimi...
Siyasət

İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azərbaycan diplomatlarının tezliklə İrana qayıtmasına dair razılıq əldə olunub. Toplum TV xəbər verir ki, martın 5-də Ciddədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir Abdullahian ilə görüşüb.  Görüş zamanı Azərbaycanın İrandakı Səfirliyinin əməkdaşını qətlə yetirən şəxsin məhkəməsinin nəticəsi ilə bağlı müzakirənin aparıldığı bildirilib.  https://toplum.tv/siyaset/piranda-azerbaycan-sefirliyine-huumlcum-etmis-sexs-edam-edilecekp Müzakirələrdən sonra Azərbaycan Respublikasının diplomatik nümayəndə heyətinin yaxın vaxtlarda İrana göndərilməsi ilə bağlı qərar qəbul edilib.  Xatırladaq ki, ötən il yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı...

Seçilmiş Videolar

Toplum TV loqo