17:29, 17 Oktyabr 2018 (Çərşənbə) 200

Krımda partlayış olub, ölənlər var

Krımda partlayış olub, ölənlər var


/ DÜNYA
Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb.

İlkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.

"RİA Novosti" xəbər verir ki, bu hücumun təşkilatçısı olan tələbələrdən biri intihar edib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Həmçinin bəzi şahidlər partlayışdan sonra binadan atışma səsləri eşitdiklərini bildiriblər.