Dünya

Krımda baş verən qətliamın detalları məlum olub

18 Oktyabr, 2018
1284
Rusiyanın İstintaq komitəsi Krım yarımadasının Kerç şəhərində kollecdə baş verən partlayışla bağlı cinayət işinin təsnifatını "Terror aktı” maddəsindən "İki və daha artıq insanın ümumi təhlükəli üsulla öldürülməsi” maddəsinə dəyişib.

Bu barədə İstintaq komitəsinin saytında məlumat verilib.

Məlumatda qeyd edilir ki, hadisəni törədən, kollecin 4-cü kurs tələbəsi, 18 yaşlı Vladislav Roslyakovun meyiti ikinci mərtəbədə olan kitabxanadan tapılıb.

Lenta.ru saytının verdiyi xəbərə əsasən, müstəntiqlər hadisənin xronologiyasını tərtib etməyə başlayıblar.

İlkin versiyalara görə, hər şey saat 12:20-də, böyük fasilə zamanı baş verib. V.Roslyakov yeməkxanaya daxil olaraq, içərisində partlayıcı qurğu olan çantasını qoyaraq, oradan çıxıb.

Qapıdan müəyyən məsafəyə çəkilən gənc əlində olan bağlamanın içindəki silahı çıxarıb, partlayıcı qurğunu işə salaraq, ətrafdakılara atəş açmağa başlayıb.

Yaranan panikadan istifadə edən V.Roslyakov ikinci mərtəbəyə qalxaraq, kollecin təhsil üzrə direktor müavinini və müəllimlərdən birini iş otaqlarında axtarıb taparaq, onlara sərrast atəş açıb. Şahidlərin dediklərinə görə, atəş zamanı V.Roslyakov panikanın artması üçün bir neçə pirotexnik vasitədən də istifadə edib.

V.Roslyakov 20-ə yaxın atış açıb və sonra özünü kitabxanada öldürüb. Onun meyitinin yanında silah və bir neçə patrondaş tapılıb.

İlkin məlumatlara əsasən, yaxşı oxuyub, amma yoldaşlarının heç biri ilə yaxın əlaqəsi olmayıb. Onun hərəkətinin motivləri bəlli deyil.

Onun yaşadığı evdə axtarış aparılır. Müstəntiqlər V.Roslyakovun kompyuter və alətlərini götürüblər. İstintaqdan Lenta.ru-ya bildiriblər ki, hadisənin terror olması, onun arxasında terrorçu qrupların dayanmaları ilə bağlı məlumat yoxdur.

İstintaq komitəsinin məlumatına əsasən, hadisə nəticəsində 18 nəfər ölüb, 74 nəfər yaralanıb.
 
Meydan TV

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo