12:42, 17 Avqust 2018 (Cümə) 194

İstirahət günlərində temperatur aşağı enəcək

İstirahət günlərində temperatur aşağı enəcək
"Növbəti iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcək”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, avqustun 18-19-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir: "Bəzi yerlərdə leysan xarakterli yağışların yağacağı ehtimalı var".

G.Məmmədova bildirib ki, növbəti günlərdə ölkə ərazisində şimal qərb küləyi əsəcək, arabir güclənəcək.///Report