22:41, 16 Noyabr 2018 (Cümə) 205

İsrail hərbçiləri ilə toqquşmalarda 40 fələstinli xəsarət alıb

İsrail hərbçiləri ilə toqquşmalarda 40 fələstinli xəsarət alıb


/ DÜNYA
Qəzzada İsrail hərbçiləri ilə toqquşmalarda 40 fələstinli xəsarət alıb.

"RİA Novosti” xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Kidrə məlumat verib. 

Onun sözlərinə görə, onlardan üçünün vəziyyəti ağırdır.

"Böyük Qayıdış Yürüşü” adı ilə 7 ay əvvəl başlayan və minlərlə fələstinlinin iştirak etdiyi silsilə etiraz aksiyaları cümə günləri daha geniş vüsət alır.