23:01, 13 Fevral 2019 (Çərşənbə) 255

İranda terror aktı nəticəsində ölənlərin sayı 41-ə çatıb

İranda terror aktı nəticəsində ölənlərin sayı 41-ə çatıb


/ DÜNYA

İranın cənub-şərqində yerləşən Sistan və Bəluçistan əyalətlərində İran İslam İnqilabı Korpusunun hərbçilərini daşıyan avtobus partladılıb.

Bu barədə "Fars News" məlumat yayıb.

Partlayış nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb.

"Ölənlərin sayı İİKK üzvləri və dinc sakinlər də daxil olmaqla 41-ə çatıb", - deyə məlumatda bildirilir.

Terror aktı nəticəsində 20 hərbçi həyatını itirib, daha 20-si yaralanıb.

"Ceyş əd-Ədl" terror qruplaşması partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.