İqtisadiyyat

"İqtisadiyyatın neftdən asılılığının ağır nəticələrini yaşamışıq"

25 Sentyabr, 2018
1571
Dünya birjalarında neftin qiyməti bahalaşır. 

Londonun ICE ("InterContinental Exchange Futures”) birjasında "Brent” markalı neftin bir barrelinin qiyməti 0,20 dollar bahalaşaraq 81,40 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Light” markalı neftin bir barrelinin qiyməti isə 0,14 dollar artaraq 72,22 dollar olub.
 

Bəs bu qiymət artımının Azərbaycana təsiri olacaqmı?

İqtisadçı Azər Mehtiyev Toplum TV-yə deyib ki, dünyada hazırda baş verən, xüsusilə ABŞ tərəfindən yönləndirilən əsas siyasi proseslər  neftin qiymətinin qalxmasına doğru aparır: "Neftin dünya bazar qiymətində baş verən son artım bu günlərdə OPEK toplantısında neft hasilatının və neftin qiymətlərinin aşağı salınmasının əleyhinə qəbul edilən qərarla bağlıdır. Amma ümumən son aylar neftin qiymətinə təsir göstərən əsas amillərdən biri Amerikanın İrana qarşı sanksiyalarıdır. Həmçinin bir sıra neft hasilatı ölkələrində baş verən siyasi proseslər nəticəsində dünya bazarında neft təklifinin real və gözlənilən azalması da əsas amillərdəndir. ABŞ prezidenti Donald Tramp OPEK-i neftin qiymətlərini yüksək saxlamaqda günahlandırsa da, həmin ölkələrin hamısı neft gəlirlərindən asılı olduqlarından onlar qiymətin aşağı salınmasında maraqlı olmayacaqlar. Buna görə də yaxın aylarda, başqa ciddi dəyişikliklər baş verməzsə, neftin qiymətində kəskin azalma gözlənilən deyil".
 
 

Ekspertin sözlərinə görə, neftin qiymətinin belə yüksək səviyyədə olması Azərbaycana müəyyən mənada sərf edir: "Azərbaycan neft gəlirlərindən asılı ölkədir və neftin yüksək qiymətləri ölkəyə əlavə valyuta resursları əldə etməyə imkan verir. Bu da bir tərəfdən, milli valyutanın sabitliyi baxımından önəmlidirsə, digər tərəfdən, hökumətin maliyyə imkanlarını genişləndirir. Lakin bu imkanlardan hökumətin necə istifadə etməsi başqa məsələdir. Çünki iqtisadiyyatın neftdən asılılığının ağır nəticələrini 2015-2016-cı illərdə  yaşamışıq. Yüksək neft gəlirləri yenə də hökuməti arxayın salacaqsa, onda bu qiymətlərin ölkəmizə ziyanı daha çox ola bilər".

Ekspert qiymət artımının əhalinin yaşayış səviyyəsinə təsiri barədə də danışıb: "Qiymət artımının əhalinin  yaşayış səviyyəsinə təsiri müxtəlif istiqamətlərdə ola bilər. Hökumətin maliyyə imkanlarının genişlənməsi onun büdcə öhdəliklərinə vaxtında əməl edilməsinə, pensiya və təqaüdlərin, büdcə təşkilatlarında çalışanların əmək haqlarının vaxtında ödənilməsinə imkan verir. Habelə bu ödənişlərin məbləğinin artırılması üçün növbəti ilin büdcəsində əlavə vəsait nəzərdə tutulmasına imkan yaradır.  Amma dünya bazar qiymətlərini əsas götürərək hökumət ölkə daxilində enerji daşıyıcılarının qiymətlərinin qaldırılmasına qərar verərsə, onda bu, əhaliyə mənfi təsir göstərə bilər".

"Təbii ki, hazırda neft bazarında baş verən prosesləri proqnazlaşdırmaq asan deyil. Qeyd etdiyim kimi, hazırda baş verən əsas qlobal siyasi proseslər hələlik neftin qiymətinin aşağı düşməsinə yönəlik deyil", - iqtisadçı fikrini tamamlayıb.

Samirə Əliyeva
Toplum Tv 

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

İqtisadiyyat

Avropa İttifaqı Azərbaycanla qaz ticarətini iki dəfə artıracaq

1 Mart 2024

Rəsmi səhifə

"Azərbaycan etibarlı tərəfdaşdır və əməkdaşlığımızda onun genişləndirilməsi üçün güclü potensial var". Toplum TV xəbər verir ki, bunu martın 1-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclasındakı çıxışı zamanı Avropa İttifaqının energetika məsələləri üzrə komissarı Kadri Simson deyib. O çıxışında bildirib ki, bu gün Avropaya Cənub Qaz Dəhlizindən gedən qazın həcmi 2021-ci illə müqayisədə 46 faiz çoxdur:  “Biz ümidvarıq ki, Azərbaycandan daxil olan təbii qaz Avropanın enerji sistemində enerji keçidi zamanı mühüm rol oynayacaq. Rusiyanın artan zorakılığı və davam edən əsassız müharibə şəraitində tamamilə aydındır ki, Avropa üçün, əslində, işlərimiz Rusiya ilə enerji sahəsində əvvəlki kimi olmayacaq. Çünki hazırda...
İqtisadiyyat

İlham Əliyev: “Azəri-Çıraq-Günəşli”də təbii qaz hasilatı başlayacaq

1 Mart 2024

Rəsmi səhifə

"Gələn ilin birinci rübündə “Azəri-Çıraq-Günəşli” layihəsində təbii qaz hasilatı başlayacaq. Bu, çox perspektivli bir layihədir". Toplum TV xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında söyləyib. “Azəri-Çıraq-Günəşli”nin uzun müddət Azərbaycanın neft ixracının əsas mənbəyi olduğunu söyləyən Prezident əlavə edib ki, bu, “Şahdəniz” və “Abşeron”dan başqa, ölkənin qaz təchizatı üçün əlavə mənbə olacaq. https://toplum.tv/iqtisadiyyat/pazerbaycanda-benzin-uumlccediluumln-goumlmruumlk-ruumlsumu-legv-edilibp İlham Əliyev çıxışında həmçinin Cənub Qaz Dəhlizindən danışıb: "Cənub Qaz Dəhlizi artıq üç ildir işləyir. Bu, uğur hekayəsidir. Bu, Avrasiya məkanında mühüm infrastruktur layihələrindən biridir. Bu, enerji təhlükəsizliyi, əməkdaşlıq...

Seçilmiş Videolar

Toplum TV loqo