14:56, 14 Avqust 2018 (Çərşənbə axşamı) 208

Gürcüstan yaşayış icazəsi almaq qaydalarını sərtləşdirə bilər

Gürcüstan yaşayış icazəsi almaq qaydalarını sərtləşdirə bilər


/ DÜNYA
Gürcüstan parlamentinə əcnəbilərin yaşayış icazəsi almaq qaydalarını sərtləşdirməyi təklif edən qanun layihəsi daxil olub.

"Sputnik-Gürcüstan" xəbər verir ki, "Gürcüstan vətəndaşlarına pasport və şəxsiyyət vəsiqələrinin verilməsi, Gürcüstan vətəndaşlarının və Gürcüstanda yaşayan əcnəbilərin qeydiyyatı haqqında" qanuna dəyişikliklər edilməsi barədə təklifin müəllifi hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasından olan deputatlar Qoça Enukidze və İlya Tsulayadır.

Parlament sədri İrakli Kobaxidzenin sözlərinə görə, bu məsələ hazırda ilkin məsləhətləşmələr mərhələsindədir.

2017-ci ilə olan məlumata görə, Gürcüstanda əksəriyyəti kişilər olmaqla, 83 mindən artıq miqrant var. Miqrantlar arasında ilk sırada Rusiya vətəndaşlarıdır (9,7 min nəfər). Daha sonra Türkiyə, Azərbaycan, Hindistan və digər ölkələrin vətəndaşları gəlirlər.