12:02, 13 Oktyabr 2018 (Şənbə) 220

Gürcüstan həbsxanalarında 100-ə yaxın Azərbaycan vətəndaşı saxlanılır

Gürcüstan həbsxanalarında 100-ə yaxın  Azərbaycan vətəndaşı saxlanılır
Gürcüstan həbsxanalarında 92 Azərbaycan vətəndaşı saxlanılır.
 
Bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin hesabatında bildirilir.

Onlardan 18-i təqsirləndirilən şəxs, 74-ü məhbusdur. Bu, Gürcüstan həbsxanalarında saxlanılan əcnəbilərin ümumi sayının 16%-dən bir qədər çoxdur.

Onların hansı cinayətlərə görə mühakimə və ya həbs edildikləri açıqlanmır.