11:57, 18 Aprel 2019 (Cümə axşamı) 204

Fuad Qəhrəmanlının qız ilə bağlı DİN açıqlama yayıb

Fuad Qəhrəmanlının qız ilə bağlı DİN açıqlama yayıb
DİN: Yeniyetmənin üzləşdiyi hadisə ilə bağlı araşdırma aparılır
 
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlının 14 yaşlı qızı S.-nın üzləşdiyi hadisə ilə bağlı onun anası Zümrüd Yağmur Daxili İşlər Nazirliyinin (DİN) "102” xidmətinə müraciət edib.

DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib ki, müraciət edən şəxs və yeniyetmə Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə yönləndirilib: "Anası ilə qızı bölməyə dəvət edilib və onlar məsələ ilə bağlı ərizə yazıblar".

O.Mansurzadə deyib ki, məsələ ilə bağlı polis bölməsində hazırda araşdırma aparılır: "Araşdırmanın nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, ötən gün Yasamal rayon ərazisində S.-nın küçədə Tural Qarayev adlı şəxslə mübahisə etməsi və təzyiqə məruz qalması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
 
Report.az