Sosial

“Formula-1" ilə əlaqədar Bakının bəzi məktəblərində tədris dayandırılıb

23 Aprel, 2019
797
"Formula-1" üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçirildiyi küçədə yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə şagirdlərə aprelin 30-na qədər istirahət verilib.

Bildirilib ki, yolların bağlanılması ilə əlaqədar olaraq, artıq aprelin 22-dən şagirdlərin dərsə gəlməsində məhdudiyyətlər yaranıb: "Aprelin 30-na qədər yolların bağlı olması səbəbindən şagirdlər məktəbə gəlməkdə çətinlik çəkirlər deyə dərslərdə iştirak edə bilməyəcəklər. Amma onların bu müddət ərzində keçmədikləri dərslər mayın əvvəlindən hissə-hissə tədris olunacaq. Müəllimlər isə hər gün işə gəlirlər”.

132-134 nömrəli təhsil kompleksindən isə "Report”a bildirilib ki, məktəbin binası Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşməsinə baxmayaraq, dərslər dayandırılmayıb: "Hətta aprelin 26-sı saat 13:00-dək şagirdlərin dərsə gəlmələri üçün valideynlərə müraciət edilib”.

Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşən 23 nömrəli tam orta məktəbdən telefon zənglərimizə cavab verən olmayıb.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin açıqlama yayacağı gözlənilir.

"Formula 1” üzrə Azərbaycan Qran-prisi 26-28 apreldə keçiriləcək.
 
Report.az

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo