16:16, 09 Avqust 2018 (Cümə axşamı) 260

Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq

Ermənistanda jurnalistlər hökumətin iclaslarına buraxılmayacaq
Ermənistanda hökumətin iclas zalı yenidən jurnalistlərin üzünə bağlanacaq.

"Sputnik”ə xəbər verir ki, bunu avqustun 9-da Ermənistan baş nazirinin mətbuat katibi Arman Yeqoyan bildirib.

O, hökumətin bu məsələdə əvvəlki rejimə qayıtmasını təhlükəsizliklə əlaqələndirib, jurnalistlərdən müsahibəni başqa yerlərdə götürməyi xahiş edib.

Karen Karapetyan baş nazir olanda jurnalistlər hökumətin mətbuat mərkəzində işləyir və Nazirlər Kabinetinin iclasını birbaşa izləyirdilər. Serj Sarqsyan baş nazir olandan sonra bu rejim ləğv edilib və hökumətin iclasları bağlı qapılar arxasında keçirilib. Nikol Paşinyan baş nazir olandan sonra isə Nazirlər Kabinetinin toplantıları yenidən jurnalistlər üçün açıq keçirilməyə başlanıldı.