Dünya

Ərdoğan: "Edam cəzasının ləğvi səhv qərar olub"

19 Mart, 2019
1154
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan edam cəzasını bərpa etməyə hazır olduqlarını deyib.

"Sputnik” xəbər verir ki, Zonquldağ vilayətinin Eregli şəhərində yerli seçkilərə hazırlıq kampaniyası çərçivəsində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) keçirdiyi mitinqdə bu yaxınlarda Yeni Zelandiyada məscidlərə terror hücumunu əks edən görüntülər nümayiş olunub.

Dövlət başçısı Türkiyənin də hədəfdə olduğunu bildirib: "Yeni Zelandiyadakı qatilin silahına yazdığı adlara, tarixlərə heç fikir verdinizmi? Mədəniyyətimizə qarşı düşmənliyini ən qanlı şəkildə ortaya qoyur. 50 qardaşımız ibadət anında alçaqca öldürüldü. Bunun hesabı veriləcək. 50 müsəlman qətlə yetirilir, maddə yoxdur deyəcəklər? İnsan həyatı nə qədər də ucuzmuş! Qanunlar dəyişdirilməlidir, vəssalam. Biz edam cəzasını ləğv edəndə səhv etmişik. Mən belə düşünürəm. Çünki 15 iyul gecəsi əsgərli, polisli 251 vətəndaşımızı qətlə yetirənləri ağırlaşdırılmış da olsa, ömürlük həbsə məhkum edildiyinə görə həbsxanada yedizdirmək mənə bərk toxunur. Əgər parlament bununla bağlı qərar versə, mən onu təsdiqləyərəm”.

Martın 15-də Kraystçerçdə iki məsciddə insanlar atəşə tutulub. Hadisə nəticəsində 50 nəfər ölüb, 50 nəfər xəsarət alıb.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo