Sosial

"Ən böyük məqsədim milyonlarla insana həyat eşqi verə bilməkdir" - Həyat hekayəsi

7 Dekabr, 2018
2158
Əlləri zəif olan insanların həyatına rəng qatan boccia

"Baxmayaraq ki, əlil arabasındayam, amma özümü uğurlu insan hesab edirəm. Hər bir gənc əsgər kimi vətəni qorumaq mənim də borcum idi. Ola bilər ki, mən Qarabağ uğrunda döyüşdə ölə də bilərdim və ya əsir düşərdim. Bəlkə, itkin də  düşə bilərdim ki, indiyə qədər heç tapılmazdım da. Amma geri qayıtdım".

Bu sözləri Toplum.Tv-yə Qarabağ uğrunda döyüşlərdə savaşmış, hazırda əlil arabasında həyatına davam edən İlham Məhərrəmov deyir.

İlham Məhərrəmov Azərbaycandakı Milli Paralimpiya Komitəsinin "Boccia" idman növü üzrə baş məşqçisi və Boccia İdman Federasiyasının baş katibidir. 

47 yaşlı İlham həm də "Arabaçı.tv”-nin təsisçisidir: "Öncədən Paralimpiya Komitəsində koordinator kimi çalışmışam.  Komitədə bir neçə idman növləri üzrə məşqçilər fiziki məhdudiyyətli şəxslər arasından seçilirdi. Mən də fəaliyyətimi düzgün şəkildə apardığıma görə,  boccia idman növünə  baş məşqçi olaraq təyin edildim. Boccianın güllə atma və ox atma kimi idman növlərindən əsas fərqi kütlənin böyük olmasıdır.  Ox atma, güllə atma kimi idman növləri ilə bir qrupda maksimum  10 insan  məşğul olursa,  bocciada daha çoxdur. Məsələn, son çempionatımızda 70-ə yaxın insan vardı".

Məşqçi boccia idman növü ilə bağlı deyir: "Boccia idman növü 1978-ci ildə İtaliyada yaradılıb. Əlləri zəif olan insanların həyatına rəng qatmaq, onların cəmiyyətə inteqrasiya etməsi, ümumiyyətlə, bu insanların öz həyatlarında bir məşğuliyyətinin olması üçün yaradılmış idman növüdür. 1984-cü ildə Amerikada keçirilən  Paralimpiya oyunlarına daxil edilib. Hazırda dünyanın 100-ə yaxın ölkəsində bu oyun var. Artıq Azərbaycanda da 4 ildir ki,  Paralimpiya Komitəsi tərəfindən bu idman növü yaradılıb. Sağlamlıq imkanları məhdud  gənclərin Peşə  Reabilitasiya Mərkəzində boccia oyunlarına başlamışıq. Hər il bir dəfə "Seni” firması tərəfindən təşkil edilən "Seni Cup" turnirlərini keçiririk. Artıq " V Seni Cup" turnirimiz baş tutub. İki dəfə İspaniya, bir dəfə İtaliyada yarışlarda olmuşuq. Belarusiyadakı təlim məşqlərinə qatılmışıq. Türkiyə milli komandası ilə ölkəmizdə "dostluq" görüşü baş tutub".

"Komandamıza qoşulan insanların rəngləri dəyişir"

Məşqçinin sözlərinə görə, bocciaya qoşulan fiziki məhdudiyyətli insanların həyat eşqi artır, məqsədləri yaranır: " Ölkəmizdəki fiziki məhdudiyyətli insanların çoxu özünəqapalı olur.  Əlləri işləmədiyinə görə qonşudan, dostdan çəkinən, cəmiyyətə çıxmaq istəməyən insanlar var. Bir insan nədənsə narahatlıq hiss edirsə, bu narahatlıq hissi birbaşa ətrafına da təsirini göstərir. Bildiyiniz kimi bocciaçıların əlləri zəif işləyir. Bu, onların daşıdığı xəstəliklə bağlıdır. Hətta elə insanlar da var ki, ümumiyyətlə ,əlləri işləmir. İlk növbədə komandamıza qoşulanların rəngləri dəyişir. Onların simaları dəyişir. Baxırsan ki, əvvəl yorğun, qəmli görünən insan indi gülümsəyir, yaşam sevinci artıb. İndi həmin insanlar nələrsə etməyə təşəbbüs göstərirlər. Yaratmaq istəyirlər. Daxildəki potensial üzə çıxmağa başlayır. Rəssamlar, şairlər doğulur. Hansı ki uzun müddət öncə o insanlar hər şeyin üzərindən xətt çəkmişdilər.


Komandamızın üzvlərindən biri olan Bəhruz həmişə yarışlara getməzdən öncə deyərdi ki, arzum bayrağımızın ucalması, himnimizin səslənməsidir. Bəhruz qalib gələndə mən də kövrəlmişdim. İndi təsəvvür edin ki, o insanın sevinci hansı dərəcədə idi. O sevinci milyonlarla almaq olmaz. Hər şey bizim onlara necə davranmağımızdan asılıdır".

İlham Məhərrəmov deyir ki, əlilliyi olan insanlara əngəl yaradan hər bir şəxs əngəllidir. İş həyatında qarşılaşdığı ən böyük problemi də məhz bu əngəlli insanların davranışı ilə bağlayır: "Cəmiyyətə xeyir verməyən və öz mənafeyini düşünən insanların əks fikirləri iş həyatımızdakı əsas əngəldir. Buna baxmayaraq, tutduğumuz yolun doğru olduğunu, gördüyümüz işlə vətənə və cəmiyyətə səmərəli fayda verdiyimizi düşünürəm. Mənə görə əlində olan imkanlardan istifadə edə bilməyən, cəmiyyətə fayda verməyən insanlar aciz insanlardır”.

"Milyonluq sevinc"

Baş məşqçinin fikrincə, telekanallarda əlilliyi olan insanlar üçün də verlişlər hazırlanmalıdır: "Arabaçı.tv olaraq biz fəaliyyətə başlayanda televiziyadakı kanalların biri ilə danışıqlar apardıq. Təklif etdik ki, heç olmasa  bir saatlıq  əlilliyi olan insanların problemləri ilə bağlı veriliş hazırlayaq. Biri var ki, belə problemi olmayan bir əlilliyi olan insanlar  barəsində danışsın, biri də var bu mövzunu, məsələn, Cəmilə, Mətanət işıqlandırır. Təbii ki, bu mövzularla izləyicini biz daha yaxşı cəlb edə bilərik. Çünki bu problemin içərisində yaşayan, çətinliklərlə savaşan da bizik. Elə biz də əlilliyi olan dostlarımıza, izləyicilərə düzgün istiqamət verə bilərik. Elə aparıcılar ola bilər ki, o ağrı-acıları yaşamasa da, elmi var və mövzuları izah edə bilərlər. Amma o elmə bir az da təcrübə qatmaq lazımdır. Məncə, bunu savadlı, amma əlilliyi olan insanlar edə bilər".

İlhamın həyatdakı  məqsədi milyonlarla insana həyat eşqini bəxş etməkdir. Onun ən böyük istəyi  Azərbaycanın regionlarında boccia üzrə idman mərkəzləri yaratmaqdır: "Regionlarda yaşayan çox saylı adamlar var ki, Bakıda yerləşən reabilitasiya mərkəzinə gələ bilmir. Ona görə də istərdim ki, regionlarda şərait yaradılsın. Əlilliyi olan insanlarımız ölkənin istənilən bölgəsində bu idman növü ilə məşğul olsunlar və  onların yaşam rifahı da yüksəlsin. Bir insana yaşamaq eşqini bəxş edirsənsə, bundan başqa gözəl məqsəd nə ola bilər?!"

Samirə Əliyeva

Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo