12:47, 20 Oktyabr 2018 (Şənbə) 211

Əfqanıstanda parlament seçkiləri keçirilir

Əfqanıstanda parlament seçkiləri keçirilir


/ DÜNYA
Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.
 
"RİA Novosti" xəbər verir ki, səsvermə ölkənin 34 əyalətindən 32-də aparılır.

Bu il Əfqanıstan parlamentinin Aşağı Palatasına deputat mandatı uğrunda 5 000-dən çox namizəd mübarizə aparır, onlardan 10%-dən azı (205 namizəd) 26 siyasi partiyanı təmsil edir, digərləri isə müstəqil namizəd kimi qeydə alınıb.

Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək.