Sosial

"Dollar ilan olub boynumuza dolanıb” - "Mənim hekayəm"

11 Dekabr, 2018
1470
"Dollar 78 olanda götürdüyümüz kredit ilan olub boynumuza dolandı”.

60 yaşlı Mərziyyə Əhmədova iki qızını dolandırmaq üçün zibillikdən sellofan torbalar yığıb satır. Bununla belə, minimum istehlak səbətinə daxil olan ərzaqlardan çoxunu ala bilmir: 
 

"Əvvəllər Ağcabədidə yaşayırdıq. 13 il əvvəl müflis olduq, evimizi-eşiyimizi satıb Bakıya gəldik. Sonra da qaldıq küçələrdə. Ev-eşiksiz qalmağımız bəs eləmədi, böyük qızımın tutması (sudurğa) yarandı. Əlimizdə, ovucumuzdakı pulu da onun dərmanlarına, həkimlərinə payladıq, yenə bəs eləmədi. Məcbur qalıb 2015-ci ilin əvvəllərində yoldaşım bankdan dollarla kredit götürdü. Öz pensiya kartımı da bank girov götürüb. Pensiyadan demək olar ki, mən bir qəpik də almıram. Gedim kimin qapısını döyüb deyim ki, səni and verirəm Allaha, heç olmasa pensiya kartımı qaytarsınlar?”

"Bir tikə çörək üçün zibillikdən sellofan eşələməyə məcbur qaldım”

Mərziyə Əhmədovanın 5 uşağı var. Çoxuşaqlı ana təqaüdü alır. Ancaq borclu olduğu bank bu kartı da onun əlindən alıb. Üç uşağı evli olan ana onların da maddi durumunun acınacaqlı olduğunu deyir:

"O biri uşaqlarım da bədbəxt kimi bir şeydir. Üç il əvvəl yoldaşım infraktdan rəhmətə getdi, qaldım iki qızla kirayə daxmanın altında. Kiçik qızım Nəzrinin 17 yaşı var, 18 yaşına qədər yetim pulu kəsiblər. Allah dollar çıxardanın evini yıxsın, dollarla kredit götürdük. 3 ildən çoxdur ödəyirəm, hələ də 4000 manat borcum qalıb. Dollar 78 olanda qızımın müalicəsi üçün götürdüyümüz kredit ilan olub boğazımıza dolandı, ilbəil borcumuz artdı. Rəhmətlik kişi getdi kreditə girdi, cəmi 1 aydan sonra dollar kəllə-çarxa qalxdı. Ondan sonra da balam xəstələndi, 1 ilin içində 2 kredit götürdük, ikisi də dollarla. İkinci kreditdə pensiya kartımı girov qoyub götürdük. Yoldaşım rəhmətə gedəndən sonra iki kartıma da bank əl qoydu. Mən də bir tikə çörək üçün zibillikdən sellofan eşələməyə məcbur qaldım”.

"Ordan-buradan artıq yemək daşıyıb evə aparıram ki, uşaqlarım ac qalmasın”
 
 

Mərziyyə xanımın yeganə ümidi Birinci vitse-prezident Mehriban Əliyevanın qəbuluna düşməkdir: "Kaş məni Mehribanın yanına buraxan olaydı, yıxılaydım onun ayağının altına, deyəydim ki, mənim 60 yaşım var, niyə zibil eşələyirəm?! Ordan-burdan artıq yemək daşıyıb evə aparıram ki, uşaqlarım ac qalmasın. Elə mənim kreditlərimi bağla, başqa da heç nə istəmirəm. Amma kimdir məni onun yanına buraxan?! Mehriban Əliyevaya deyin ki, çox şey istəmirəm. Mənə rayondaca 2 otaqlı ev ver, gedim yaşayım. Elə öz pensiyamı - 130  manatı alsam, bəsimdir. Ət yemərəm, şor yeyərəm. Çıxıb gedərəm yerimə-yurduma, zir-zibildən aralaşaram. Bir banka 2700 manat, o birinə də 1300 manat borcum var. Çoxuşaqlı anaya görə müavinət alıram, o da bankda girovdadır. Oğlum da mənim kimi didərgin, evi-eşiyi yox, uşaqlarını da zorla dolandırır. Dolları qara gəlsin, o olmasa, ac qalmazdıq”

"Bir kisə sellofan yığmalıyam ki, bir manat ala bilim”
 
 

Mərziyyə xanım qonşuların da köməyinin müvəqqəti olduğunu deyir: "Dəryalar qədər dərdim var, ay bala. Bir kisə sellofan yığmalıyam ki, bir manat ala bilim. Ən yaxşı günümdə 4-5 manat qazana bilirəm. Təkcə 2 otaqlı zirzəmiyə 200 manat kirayə pulu veririk. Böyük qızım 250 manata satıcı işləyir. Onun da maaşı kirayə puluna, kommunala gedir. Kiçik qızım məktəblidir, amma bu havada demək olar dərsə ayaqyalın gedir. Böyük qızımın tutmasını müalicə etdirə bilməmişik, hər səhər dərmanını atmasa, axşam işdən evə salamat gəlib çıxa bilmir. Mehriban xanıma ərizə yazırsan, gözünün qabağında cırıb tullayırlar. Əvvəllər qonşular yemək verirdilər, götürürdüm. Bir dəfə eşitdim ki, lağa qoyurlar. Ondan sonra 1 tikə çörək də götürmürəm heç kimdən. Ayda bir dəfə kimsə evinə təmizliyə çağırır, gedirəm. Evini təmizlədiyim ailə 1 kilo ət, ya yağ verir. Bu da mənim cek-potum olur”.

Ofelya Ramilqızı
Toplum.Tv


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Sosial

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyən vətəndaşların müraciətlərinə baxıla bilər. Toplum TV xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü il üzrə fəaliyyəti haqqında hesabatında əks olunub. Qeyd edilib ki, yenidənqurma prosesi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə işlənilmiş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “İşğaldan azad edilmiş ərazilərin Ümumi Planı” əsasında həyata keçirilir.  https://toplum.tv/sosial/psu-ve-kanalizasiya-probleminin-helline-milyardlarla-manat-teleb-olunurp Hesabatda bərpa və yenidənqurma, eləcə də sərmayələrin cəlb edilməsi işində özəl sektor və vətəndaş cəmiyyəti ilə əməkdaşlığın əhəmiyyət kəsb etdiyi vurğulanıb. Belə ki, bunun büdcə vəsaitinə qənaət edilməsinə şərait yaradacağı bildirilib.  “Bərpa-quruculuq proseslərində iştirak etmək istəyən şəxslər tərəfindən konkret müraciətlər olacağı təqdirdə, onlara yaşayış...
Sosial

Din xadimlərinin attestasiyasına başlanılıb

4 Mart 2024

Açıq mənbələrdən götürülüb

İslam dininə aid ibadət yerlərində və ziyarətgahlarda çalışan din xadimlərinin attestasiyasına başlanılıb. Toplum TV xəbər verir ki, bu barədə martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) məlumat yayıb. Bildirilib ki, bu məqsədlə Attestasiya Komissiyası yaradılıb. Komissiyada DQİDK və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndələri ilə yanaşı, ilahiyyatçı alimlər təmsil olunurlar. https://toplum.tv/sosial/pemin-emrullayev-azerbaycan-elmine-ayrilan-maliyye-azdirp Attestasiya prosesində fəaliyyət dövrünün 5 ilini tamamlamış 64 din xadiminin iştirakı nəzərdə tutulur. Attestasiyanın martın 6-da başa çatması planlaşdırılır. Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında” qanuna görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”na əsasən, İslam...

Seçilmiş Videolar

Toplum TV loqo